hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Dövlət çevrilişi hazırlayan dəstə tutuldu: Prezident və arvadını öldürmək planı

Dövlət çevrilişi hazırlayan dəstə tutuldu: Prezident və arvadını öldürmək planı

Venesulada iyunun 23-24-də  çevrilişə cəhdin iştirakçıları saxlanılıb. 

Cebhe.info xəbər verir ki, bunu Prezident Nikolas Maduro bəyan edib. Maduro bildirib ki, qanuni hökuməti devirmək istəyən dəstə cəmiyyətə və demokratiyaya hücum hazırlayıb: "Onlar artıq dəmir barmaqlıqlar arxasındadır, kifayət qədər dəlillər var,  14 aydır ki, onları izləyirdik”. 

Xatırladaq ki, 23-24 iyunda Venesuelada dövlət çevrilişi həyata keçiriləcəyinə dair məlumat yayılıb. Məlumatı ölkənin Rabitə və İnformasiya Nazirliyi yayaraq ABŞ, Çili və Kolumbiyanın dəstəyi ilə müxalifətin dövlət çevrilişi hazırladığını bəyan edib. Çevriliş planı həyata keçsəydi, Nikolas Mauro və arvadı Siliya Flores öldürüləcəkdi. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 727