hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Dövlət hesabına Maldivə gedən prezident: Ölkəsində istintaqa gedə bilmir

Dövlət hesabına Maldivə gedən prezident: Ölkəsində istintaqa gedə bilmir

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Maldiv adalarında dövlət hesabına istirahəti ilə bağlı aparılan araşdırmayla əlaqədar istintaqdan yenə yayınıb.

Cebhe.info xəbər verir ki, eks-prezident artıq 17-ci dəfədir ki, ifadə verməyə getməyib.

Dövlət İstintaq Bürosunun məlumatına görə, toxunulmazlıq statusu götürüldükdən sonra sabiq prezident istintaqdan yayınır. 

O da bildirilib ki, Poroşenko Ali Radanın deputatı statusundan istifadə niyyətindədir. Ancaq bu, 2020-ci ilin yanvarınadək belə davam edəcək. Məhz həmin tarixdə yeni qərarla deputatların da toxunulmazlıq statusu götürüləcək. 

Ümumilikdə Poroşenkoya qarşı 12 istiqamət üzrə araşdırma aparılır. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 419