hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI

Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI

Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.

Oktyabrın 29-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb. 

1-3-cü sətirdə  Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan  nəqliyyat  nəqliyyat vasitələri 2-ci dəfə  təkrar hərraca çıxarılır.

4-cü sətirdə  Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat  vasitəsinin 04 iyun 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün  təkrar hərraca çıxarılır.

5-6-cı sətirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan  nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

7-ci sətirdə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan  nəqliyyat  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

Cebhe.info


Oxunma sayı: 782