hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Dünya bu gün İran qərarını gözləyir: Ya müharibə, ya..: "Amerikanı çeynəyərik" bəyanatının Ağ Evdəki əks-sədası

Dünya bu gün İran qərarını gözləyir: Ya müharibə, ya..: "Amerikanı çeynəyərik" bəyanatının Ağ Evdəki əks-sədası

İran və ABŞ arasında qarşılıqlı ittihamlar, eləcə də müharibə ritorikası davam edir.

Cebhe.info xəbər verir ki, bu dəfə İnqilab Keşikçiləri Korpusunun Hava Qüvvələrinin komandiri Əmir Əli Hacızadə ABŞ-ı təhdid edib. General Amerikanın Bəsrə körfəzindəki hərbi gəmisini vurmaqla hədələyib.

Komandirin bəyanatını ISNA agentliyi yayıb.

SEPAH təmsilçisi “40-50 təyyarəsi, 6 min heyəti olan hərbi gəmi əvvəllər bizim üçün təhdid idi. Ancaq indi hədəfdir”, - deyə vurğulayıb.

General bununla ABŞ gəmisinin Bəsrə körfəzində İranın hərbi obyektlərinə olduqca yaxın mövqedə lövbər saldığına diqqəti çəkib: "Amerikalıların indiki vəziyyəti dişlərimizin arasındakı ət kimidir. Əgər hərəkət etsələr, çeynəyərik”. 

SEPAH komandiri ABŞ hərbi gəmisinin İran hərbi obyektlərindən məsafəsinə diqqət çəkərək İranın 300 kilometrdəki hədəfi vurmaq qabiliyyətinə malik raketlərinin olduğunu bildirib.

Analitiklər bu gün Brüsseldə ABŞ Dövlət katibi Maykl Pompeonun Avropa Birliyi ilə İran müzakirəsindən əvvəl verilən bu bəyanatın təhdid xarakteri daşıdığını vurğulayır. Ağ Evin iranlı generalın bəyanatına diqqət çəkərək Brüsseldə İranı müharibə ritorikasında ittiham edəcəyi gözlənilir. 

Xəzər

Cebhe.info


Oxunma sayı: 6414