hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Dünya çempionu Anar Süleymanova vəzifə verildi

Dünya çempionu Anar Süleymanova vəzifə verildi

Azərbaycanın kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov baş məşqçi təyin olunub.  

Bir müddət əvvəl kikboks üzrə qadınlardan ibarət milli komandanın baş məşqçi postundan istefa verən idmançının yeni iş yeri Kunq-Fu Federasiyasıdır.

A.Süleymanov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib.O, bildirib ki, bundan sonra qadınlardan ibarət kunq-fu millisinin baş məşqçisi kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, A.Süleymanov budo döyüş növü üzrə üçqat dünya çempionu, Dünya Kubokunun qalibidir.  O budo üzrə idman ustasıdır. Universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionudur.

Cebhe.info


Oxunma sayı: 738