hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Dünya əhalisinin əyləncə marağı: Kim nə qədər xərcləyir?

Dünya əhalisinin əyləncə marağı: Kim nə qədər xərcləyir?

2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 21,1 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 10,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyul aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,2 faiz artmışdır.

Statistikadan da məlumdur ki, azərbaycanlılar pulu, əsasən, ərzağa xərcləyir. Səbəb həm ərzaq məhsullarının bahalığı, həm də insanların psixologiyasıdır.

Maraqlıdır, görəsən, digər ölkələrdə əhali ən çox nəyə pul xərcləyirə

Araşdırmalar göstərir ki, dünya üzərində insanların ən çox xərci komunal xidmətlərlə bağlıdır. Düzdü, insanlar əyləncə, geyim və yeməyə də müəyyən qədər pul xərcləyirlər, lakin dünyada cibə ən böyük zərəri komunal xidmətlər vurur. Məsələn, mütəxəssislər Avropada ailələrin içkiyə, tütün məmulatlarına və narkotik vasitələrə (leqal olduğu ölkələrdə) xərclədikləri pulun ailə büdcəsinin təxminən neçə faizini təşkil etdiyini araşdırıb. Siyahıda Almaniya və Portuqaliya sonuncu sırada yer alırlar. Belə ki, Almaniya vətəndaşının bu məhsullara xərclədiyi pul ailə büdcəsinin 3,2 faizini, portuqaliyalının xərclədiyi pul isə 3,1 faizini təşkil edir. Zərərli məhsullara ən az pul xərcləyən ölkələrdən biri də Hollandiyadır. Lakin bunların tam əksi olaraq bu zərərli vasitələrə kifayət qədər çox pul xərcləyən ölkələr də var ki, onlara Latviya, Estoniya, Çexiya və Macarıstan 8 faizlə, Lüksemburq isə 8,5 faizlə daxildir. “Cümhuriyət”in araşdırmasına görə, Avropada geyim əşyalarına çox pul xərclənilmir. Burada ailələr büdcələrinin təxminən 5 faizini geyimə xərcləyirlər. Geyim əşyalarına çox pul xərcləyən ölkələr sırasında İtaliya, Avstriya və Portuqaliya müəyyən yer tutur. Belə ki, bu ölkələrdə həmin məhsullara ailələr büdcənin 6,6 faizini xərcləyirlər. Geyimə ən az pul xərcləyən ölkələr isə Bolqarıstan, Çexiya və İslandiya daxildir. Burada, təxminən, 3,2-3,6 faiz pul xərclənir. Qidaya gəldikdə isə ərzaq məhsullarına ən az pul xərcləyən ölkə Böyük Britaniyadır. Avropada sıravi vətəndaş büdcəsinin 11 faizini qidaya xərclədiyi halda, Böyük Britaniyada büdcənin 11 faizi qidaya xərclənir. Bəlkə də Şərq ölkələrinin ərzaq məhsullarına daha çox pul xərcləməsi insanlarının Qərb insanları ilə müqayisədə daha yeyimcil olması ilə əlaqəlidir. Statistik göstəricilərə görə, qidaya ən çox pul xərcləyənlər yunanlar (16,3%), latışlar (16,5%), bolqarlardır (17,9%). Litvalılar isə büdcələrinin 20,6 faizini qidaya xərcləyirlər. İspanlar isə pullarını ən çox restoran, kafe və barlara xərcləyirlər. Həmçinin insanlar istirahət və əyləncəyə də müəyyən məbləğdə pul xərcləyirlər. İspanların xərcləri bu sahədə daha çox olur.

Onlar büdcələrinin 14,8 faizini istirahət və əyləncəyə xərcləyirlər. Onlar əyləncə kimi restoranlara getməyi və orada pul xərcləməyi sevirlər. Əksər Avropa ölkəsində isə buna büdcənin 6,9 faizi sərf olunur. Əyləncəyə ən az pul xərcləyən ölkə isə Polşadır, onlar adətən ev yeməklərinə üstünlük verirlər. Buna görə də büdcələrinin 2,5 faizini əyləncəyə ayırırlar. Bəzi ölkələr də var ki, onlar ən çox pulu daşınmaz əmlaka xərcləyirlər. Məsələn, Böyük Britaniya elə bu ölkələr sırasında ilk beşlikdə olan bir ölkədir. Burada vətəndaşlar büdcələrinin 27,1 faizini bu sahəyə ayırırlar. Danimarka və Finlandiya vətəndaşları isə bu sahəyə ingilislərdən də çox maliyyə ayırır. Belə ki, danimarkalılar büdcənin 29,1 faizini, finlandiyalılar isə 28,4 faizini bu sahəyə sərf edirlər. Təbii ki, burada da siyahının sonunda olan ölkələr var. Hansı ki, Kipr, Litva və Malta məhz həmin ölkələrdir. Bildirək ki, nəqliyyat və rabitəyə də müəyyən dərəcədə pul xərcləyən ölkələr mövcuddur. Yunanıstan nəqliyyata pul xərcləyənlər arasında 6%-lə ilk sıradadır. Bolqarıstan və Böyük Britaniya da 4,5-6 faizlə onun yanında yer alırlar. Lüksemburq, Belçika isə 0,8-1,1 faizlə son sıradadır. Rabitə isə Avropa ailələrinin büdcəsinin orta hesabla 2,5 faizini təşkil edir. Ən bahalı rabitə isə 4,8 faizlə Bolqarıstandadır. Lüksemburq, Avstriya və İngiltərə isə 1,6-2% göstərici ilə rabitəyə ən az pul xərcləyən ölkələr sırasındadır.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1387