t Dünya gözləyir: Sülh, yoxsa müharibə?
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Dünya gözləyir: Sülh, yoxsa müharibə?

Dünya gözləyir: Sülh, yoxsa müharibə?

“Liviyada atəşkəs sazişinin imzalanmasına Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mane olub”.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Liviyanın Ali Dövlət Şurasının başçısı Xaled əl-Mişri deyib.

Xatırladaq ki, dünən Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan həmin görüşdə iştirak etmək üçün Moskvaya səfər ediblər.

Görüşə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar da qatılıb.

Liviya Milli Ordusunun (LMO) rəhbəri Haftar Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1288