hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Dünya “barıt çəlləyi”nin üstündə: Neçə ölkə bir anda Yeri məhv edə bilər?

Dünya “barıt çəlləyi”nin üstündə: Neçə ölkə bir anda Yeri məhv edə bilər?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas Konqresinin 100 illiyinə görə açıqlama verib.

Sivasda verdiyi açıqlamada Ərdoğanın "Mənim əlimdə nüvə başlıqlı raket olmasın! Mən bunu qəbul etmirəm!" sözləri dünya gündəmində böyük səs-küy yaradıb. Bu gün neçə ölkə nüvə silahına sahibdirə

Cebhe.info xəbər verir ki, hazırda nüvə silahı sadəcə 9 ölkədə mövcuddur. Öncə İkinci Dünya Müharibəsinin qalibləri və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü olan ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin beynəlxalq müqavilələrlə nüvə silahına sahib olma haqqı qazanıb. Daha sonra isə Hindistan, Pakistan və Şimali Koreya kimi ölkələr nüvə silahına sahib olan ölkələr sırasına qoşulub. Hətta Şimali Koreyanın nüvə başlıqları daşıya biləcək uzunmənzilli raket hazırlama cəhdləri ABŞ ilə Şimali Koreyanı hərbi qarşıdurmaya qədər gətirib çıxarmışdı. Cənubi Afrika da nüvə silahı əldə etməyi bacaranlar siyahısına daxil olub, ölkə demokratiyaya keçdikdən sonra isə silahı məcbur yox edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın açıqlamada toxunduğu məsələlərdən biri də İsrailin nüvə silahına sahib olması olub. O, İsrailin əlindəki nüvə silahları ilə bölgədə avantaj əldə etdiyini diqqətə çəkib. Bütün xarici mənbələrdə İsrailin nüvə silahına sahib olan bir dövlət olduğu bildirilir. Hətta nüvə silahlarından ibarət olan cəbhəxanaya sahib olduğunu da vurğulayırlar. İsrail dövləti isə bu məsələdə "bilinməzlik siyasətini" izləyir. Çünki İsrail bunu nə qəbul edir, nə də etiraz edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu aprel ayında bir sənəd yayımlayaraq dünyadakı nüvə savaşı başlığının sayını açıqlayıb. Açıqlamaya görə, 2019-cu ilin əvvəllərində 9 ölkənin əlində ümumilikdə 13 min 865 nüvə savaşı başlığı mövcud idi. Bu rəqəm 2018-ci ildə 14 min 465 olub. "Soyuq müharibə" zamanı təkcə ABŞ-da 25-30 min nüvə silahı olub, Varşava Müqaviləsi Təşkilatının çökməsi və SSRİ-nin dağılmasından sonra bu say yarıya enib. Dünyada mövcud olduğu təxmin edilən 13 min 865 nüvə başlığının böyük bir hissəsi ABŞ və Rusiyanın əlində cəmlənir. Səbəb isə “Soyuq müharibə” zamanı iki ölkənin silahlanma yarışına girməsi və bunun nəticəsində nüvə cəbhəxanasına sahib olmasıdır. Hazırda Rusiyada təxminən 6 490, ABŞ-ın isə 6 185 nüvə başlığı mövcuddur. Bu nüvə başlıqlarından 1 750-si ABŞ-da, 1 600-ü Rusiyada raketlərə taxılıb. Rusiya və ABŞ-dan başqa Fransa 300, Çin 290, İngiltərə 200, Pakistan 160, Hindistan 140 və İsrailin 90 nüvə başlığına sahib olduğu təxmin edilir.

Qeyd edək ki, Türkiyədə Adananın İncirlik bölgəsində də nüvə silahının mövcud olduğu uzun illərdir ki, iddia edilir.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 5149