hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Dünya necə bölünür: Trampın Putinə göndərdiyi qovluq

Dünya necə bölünür: Trampın Putinə göndərdiyi qovluq

ABŞ və Rusiya razılaşa bilmədi

ABŞ prezidenti Donald Tramp Dövlət katibi Mayk Pompeonu qəbul edib. Ağ Evin rəhbəri Dövlət katibinin Rusiyaya son səfəri və prezident Vladimir Putinlə görüşünün nəticələrini müzakirə edib. Xatırladaq ki, Soçi şəhərində baş tutan görüş yarım saat çəkib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Mayk Pompeonun ikitərəfli münasibətlərin normallaşmasında maraqlı olduğunu deyib. Tərəflər arasında əsas müzakirə predmeti isə Şimali Koreya, İran, Venesuela, Suriya ətrafında yaranmış vəziyyət, həmçinin strateji hücum silahlarının məhdudlaşdırılması, Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin Ləğvinə dair müqavilələrlə bağlı olub.

Danışıqların nəticəsi barədə açıqlama verən Yuri Uşakov müzakirələrin “pis keçmədiyini” deyib. “Yaxşı, əsaslı danışıqlar aparıldı, əlaqələrin düzəldilməsinə başlamağın və kommunikasiya kanallarını tədricən bərpa etmək üçün tərəfin maraqları olduğunun vacibliyi təsdiq edildi"-Uşakov belə söyləyib. O, əlavə edib ki, Pompeo ABŞ prezidenti Trampın “Böyük iyirmilik”in sammiti çərçivəsində Vladmir Putinlə görüşməkdə maraqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Lakin Uşakov bildirib ki, Rusiya ABŞ-ın dəqiqləşdirmə aparmasını istəyir. Öz növbəsində, M.Pompeo Soçi danışıqlarını irəliyə doğru bir addım adlandırıb: “ABŞ və Rusiya keçmişdə əsas beynəlxalq problemlər üzrə birgə işləmək bacarığını nümayiş etdirib. Biz Rusiyanı münasibətlərin yolunu hər iki xalqın inkişafı istiqamətində bizimlə işləməyə çağırırıq”-dövlət katibi özünün “Tvitter” səhfəsində belə yazıb. 

Bundan başqa, Putin və Pompeo Şimali Koreya ətrafında yaranmış gərginliyi müzakirə edib. Uşakovun sözlərinə görə, Rusiya tərəfi nüvəsizləşdirmə addımlarına cavab olaraq, KXDR-in təhlükəsizliyinə beynəlxalq təminat verilməsinin tərəfdarıdır. O, əlavə edib ki, Şimali koreyalılar hər hansı təzyiqə məruz qalmayacaq. “Koreya mövzusunu Pompeo, həmçinin xarici işlər naziri Rusiya federasiyasının xarici işlər naziri Sergey Lavrovla da müzakirə edib. Dövlət katibi sonra həm ABŞ-ın, həm Rusiyanın məqsədinin Şimali Koreyada nüvəsizləşdirmə olduğunu bəyan edib”. Pompeo yalnız Pxenyanın verdiyi vədləri yerinə yetirdikdən sonra Vaşinqtonun sanksiyaları aradan qaldıracağını deyib. 

Lavrov, həmçinin Amerikalı həmkarına Rusiya Federasiyasının daxili işlərinə ABŞ-ın müdaxiləsi faktlarını özündə əks etdirən qeyri-rəsmi memorandumu təqdim edib. Nazir bunu Soçi görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı deyib. Vladimir Putin öz növbəsində, Pompeo ilə görüşdə ağır silahlar üzərində nəzarət məsələsini Vaşinqtonla birgə müzakirə etməyə hazır olduğunu deyib. Eləcə də Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin Ləğvinə dair Saziş və Starteji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair Müqavilə ilə bağlı mövzular müzakirə olunub. Uşakov qeyd edib ki, rəsmi Moskva bu məsələdə prezident Trampın mövqeyinin dəqiqləşdirilməsini istəyir. Rusiya ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərdən İstifadənin Ləğvinə dair Sazişdən çıxmasından narahat olduğunu bildirib. Uşakovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı ABŞ və Rusiya arasında yaxın vaxtlarda danışıqlar başlanacaq. 

ABŞ mediası isə Pompeonun Putinlə görüşünü qəfil və nəticəsiz adlandırıb. CNN telekanalının məlumatına görə, hər iki tərəf öz mövqeyində qalıb, “qırmızı xətt”i ayırmayıblar. “Politico” qəzeti isə yazır ki, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsində Sergey Lavrovla Mayk Pompeo “buynuzlaşıb”. ABŞ Dövlət Departamentinin rəhbəri Lavrovdan Rusiyanın seçkilərə müdaxiləni dayandırdığını isbat edən dəlilləri təqdim etməyi tələb edib. Lavrov isə Rusiyanın bu "saxta skandala" qoşulmasına dair hər hansı ittihamlarını rədd edib. Buna baxmayaraq, hər iki tərəf Soçidə danışıqların işgüzar və müsbət əhval-ruhiyyədə keçdiyini qeyd edir, dialoqu davam etdirməyə, ikitərəflli münasibətlərdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları kimi ən kəskin məsələləri belə müzakirə etməyə hazır olduğunu bəyan edir. 

“ABC News” isə qeyd edir ki, Putin Pompeoya əlaqələrin bərpa edilməsinə ümid etdiyini və 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran xüsusi prokurorun tapıntılarının əldə etdiyi nəticələrin bu ehtimalı yaratdığını deyib. Adıçəkilən nəşr qeyd edir ki, Soçi danışıqlarında Venesuela məsələsinə münasibətdə Putin və Pompeo ümumi fikrə gələ bilməyib. Son zamanlar ABŞ-ın və ətrafının Venesuela probleminə görə, Rusiya ilə fikir ayrılığı daha da genişlənib. Aprel ayında Mayk Pompeo Nikolas Maduronun ölkəni tərk edə biləcək müqaviləyə imza atmasına maneə törətdiyinə görə, Rusiyanı ittiham edib. Buna baxmayaraq, Venesuela ilə bağlı prezident Trampın mövqeyi öz müşavirlərindən və dövlət katibindən fərqlənir. Ağ Evin rəhbəri Venesuelaya hərbi müdaxilənin əleyhinə çıxır və bu ölkədə yalnız müsbət inkişafın tərəfdarı olduğunu bəyan edir.

Pompeo Lavrovla görüşü zamanı Rusiyanı Maduro rejiminə dəstəyini dayandırmağı təklif etdiyini deyib. Buna cavab olaraq, S.Lavrov Venesuela müxalifəti ilə Maduro hakimiyyəti arasında danışıqlar aparılmasının vacibliyini deyib. Rusiya XİN rəhbəri ABŞ-ın Maduronu prezidentlikdən uzaqlaşdırmaq səylərini Vaşinqtonun İraqa və Liviyaya müdaxiləsi ilə müqayisə edib.  Bundan başqa, Pompeo Lavrov ilə Ukraynanı müzakirə etdiyini və bu ölkənin yeni lideri Vladimir Zelenski ilə əlaqə qumağa çağırdığını söyləyib. Lakin Uşakov “Ukrayna məsələsi gündəlikdə olmadığı üçün” bu mövzuda müzakirə aparılmadığnı bildirib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 4797