hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Dünya şöhrətli yazıçısı Çingiz Aytmatovun anım günüdür

Dünya şöhrətli yazıçısı Çingiz Aytmatovun anım günüdür

Türk dünyasının şöhrətli yazıçısı, Qırğızıstan vətəndaşı Çingiz Aytmatovun anım günüdür.

Cebhe.info xəbər verir ki, dünya şöhrətli yazıçı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas əyalətinin şəkər kəndində anadan olub.

1952-ci ildən başlayaraq qırğız dilində kiçik hekayələri çap olunmağa başlayıb. Bir sıra hekayələri, həmçinin ona dünya şöhrəti gətirən “Cəmilə” povesti işıq üzü görüb. “Gün var əsrə bərabər”, “Ana torpaq”, “Əlvida Gülsarı”, “Cəllad kötüyü”, “Dəniz kənarı ilə qaçan alabaş” kimi məşhur roman və povestləri dünya ədəbiyyatı kitabxanasına daxil olub.

Çingiz Aytmatov Azərbaycanda da kifayət qədər tanınır və sevilirdi. Ölümündən bir neçə ay əvvəl Bakıda 80 illik yubuleyi qeyd olunurdu. Özü də sevimli şəhərinə təşrif buyurmuşdu.

Elə sağlığında ikən prezident İlham Əliyev ölkələr arasında dostuluğa görə onu medalla da təltif etdi. Əsərlərində həyatsevərliyi ilə fərqlənirdi Çingiz Aytmatov. Onu oxucusuna sevdirən də bu idi. İndi özü cismən aramızda olmasa da, yazıb-yaratdıqları bizə hər zaman onu xatırladacaq.

Qeyd edək ki, Almaniyada böyrək çatışmazlığından müalicə olunan ədib, 2008-ci il iyunun 10-da dünyasını dəyişib.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1167