hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Dünya üçün yeni TƏHLÜKƏ: Daha çox insan öləcək

Dünya üçün yeni TƏHLÜKƏ: Daha çox insan öləcək

Son yüz ilin ortaları ilə müqayisədə dünyada istilik şüaları hiss ediləcək dərəcədə artır. 

Cebhe.info xəbər verir ki, Amerika mütəxəssisləri araşdırmalardan sonra bu qənaətə gəlib.

Mütəxəssislərin rəyinə görə, istixana qazlarının atmosferə atılması nəticəsində bu qazların əhatə etdiyi ərazilərdə ekstremal istilik 50-80 faiz artacaq. Kömür dioksidin artması nəticəsində onun əhatə edəcəyi ərazilər iki dəfə artacaq. Bu, həmçinin  isti stressinə məruz qalan insanların sayını iki dəfəyə yaxın artıracaq. Eyni zamanda vaxtsız ölümlərin sayında artım riski var. Xüsusilə yaşı irəliləyən insanlarda bu risk daha artıqdır. 

Bu, eyni zamanda enerjidaşıyıcılarından istifadə zərurətini artırmış olacaq, əsas yük təbii ki, kondisionerlərin üzərinə düşəcək. 

Mütəxəssislər onu da bildirib ki, bu, həm də iqlim dəyişikliyi və qlobal istiləşmənin bir göstəricisidir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 12024