hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Dünya xəritəsi yenidən çəkilir: Hansı dövlət harada?

Dünya xəritəsi yenidən çəkilir: Hansı dövlət harada?

Dünyada gedən siyasi, hərbi münaqişələr yeni dünya xəritəsinin çəkilməsi ilə bağlı fikir formalaşdırır.

Hazırda dünyanın demək olar ki, böyük bir hissəsində münaqişələr yaşanır.Böyük güclər bir dövlətin ərazisində kiçik, müxtəlif adlarda bir neçə dövlətin yaranmasında maraqlıdır.Buna misal olaraq Yaxın Şərqdə gedən prosesləri göstərmək olar.Bundan əlavə, dövlətlərin daxilindəki qarşıdurmalar, faktiki bölünən regionlar və böyük güclərin maraqları yeni dünya xəritəsinin hazırlandığından xəbər verir.

Hazırda Suriyada, Liviyada, Venesuelada, Fələstində və digər bir çox bölgələrdə qarşıdurmalar davam edir. Qarşıdurmaların koordinatoru isə böyük güclər, daha dəqiq desək, Amerika Birləşmiş Ştatları (ABŞ), Rusiya, Avropa Birliyidir.

Maraqlıdır, yeni dünya xəritəsi hazırlanırmı?Bu sərhədləri necə dəyişəcək?

Politoloq Əhəd Məmmədli “Cümhuriyət” qəzetinə şərhində dünyanın yenidən XIX əsrin sonu, XX əsrin birinci yarısındakı olan düzənə qayıtdığını deyib: 

“İkinci dünya savaşından sonra dünya əvvəl iki qütblü oldu. Bu vəziyyət haradasa, 50 il davam etdi. SSRİ dağılandan sonra dünya yenidən birqütblü oldu. Bu cür vəziyyət hardasa, 20 il davam etdi. İndi isə dünya bir və iki qütblükdən yenidən çoxqütblülüyə qayıdır.Qərbdə vahid mərkəzdən qopmalar baş verir.Britaniya Avropa Birliyindən çıxdı.Fransa və Almaniya Avropanın Amerikadan qopmasını, müstəqil olmasını istəyir. ABŞ və Britaniya arasında yaranan problemlər və s. Çinin dünyaya siyasi-iqtisadi ekspansiyası davam edir. Rusiya SSRİ dövründəki  nüfuzunu qaytarmaq istəyir. Türkiyə Osmanlı siyasətinə qayıdır.Yaponiya keçmiş hərbi gücünü qaytarmaq istəyir.Asiyada Hindistan Çinə alternativ kimi çıxır.İran region liderliyi uğrunda savaşır.Bu siyahıya region liderləri olan Braziliya, İsrail, Səudiyyə Ərəbistanı, Meksika, CAR-I da əlavə etsək, görərik ki, dünya yenə dəyişir, köhnə-yeni görüntüsünü alır”.

Əhəd Məmmədli yeni dünya xəritəsini bu cür görür: 

“21 əsrdə dünya bir neçə qütb halına salınaraq iki düşərgəyə bölünüb bir-birləri ilə mübarizə aparacaq. Bunlar Rokfellerlər- ABŞ-Avropa Birliyi, Rusiya və Rotşildlər, Britaniya, Türkiyə, Çin ittifaqıdır. Gedən prosesləri belə görürəm.Yeni dövlətlərin qurulma ehtimalı çoxdur.Qüds yenidən müsəlmanlara qaytarılacaq.Yəhudi dövləti yeni çoğrafiyada qurula bilər.Britaniyanın dəstəyi ilə Yaxın Şərq Osmanlı səltənətinin nəzarətinə qaytarıla bilər.Kiçik ölkələr böyük dövlətlərə birləşdirilə bilər.İndiki ABŞ, Avropa Birliyi, Rusiya Federasiyası ərazilərində yeni dövlətlər qurula bilər. Bütün bu proseslərdə, əvvəla, Azərbaycan düzgün seçim etməyi,  ayaqda durmağı bacarmalı, sonda heç şübhəsiz ki, böyüməlidir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3169