hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Dünyada ən çox işdə olub, ən az qazananlardan biriyik: KİM NEÇƏ SAAT İŞLƏYİR? - SİYAHI

Dünyada ən çox işdə olub, ən az qazananlardan biriyik: KİM NEÇƏ SAAT İŞLƏYİR? - SİYAHI

Rusiya işsizliyin qarşısını almaq və həyat keyfiyyətini artırmaq üçün pilləli olaraq həftədə 4 gün iş sisteminə keçməyə hazırlaşır.

Rusiyada Vladimir Putinin rəhbərlik etdiyi iqtidardakı Birləşmiş Rusiya Partiyasının da dəstəklədiyi təklif həftədə 5 gün yerinə 4 gün işləməyi nəzərdə tutur. Birləşmiş Rusiya Partiyasının millət vəkili Andrey İsayev, iş günü sayının azaldılması sayəsində Rusiya vətəndaşlarının maaşları azalmadan ailələrinə və hobbilərinə daha çox vaxt ayıra biləcəyini söyləyib.

Ötən ilin iyun ayında keçirilmiş sorğu, Rusiya xalqının 43%-nin həftədə 4 gün iş sisteminə qarşı olduğunu və belə bir vəziyyətdə maaşlarının azala biləcəyi narahatlığı olduğunu ortaya qoymuşdu. Lakin rusların narahatlıqlarının əksinə İsayev, həftədə 4 gün iş sistemində işləyənlərin mövcud maaşlarının qorunması lazım olduğunu vurğulayıb.

Həftədə 4 gün iş sistemi tətbiqinin pilləli olması lazım olduğuna diqqət çəkən İsayev, bu sayədə işə götürənlərin və işçilərin yeni sistemə uyğunlaşcağını qeyd edib. Həftədə 4 gün iş sistemi sayəsində ölkədə işsizliyin də azaldılması hədəflənir.

Bildirək ki, həftədə 4 gün iş sistemi daha əvvəl Rusiyanın Baş naziri Dmitri Medvedev tərəfindən də gündəmə gətirilmiş və təklif ölkənin ən böyük peşə qrupu olan Müstəqil Peşələr Federasiyası tərəfindən dəstəklənilmişdi.

Maraqlıdır, görəsən, dünya ölkələrində ortalama iş saatı nə qədərdir?

Məlumdur ki, dünya üzərində ölkələr yaşayış standartlarına görə bir-birindən fərqləndiyi kimi həmçinin iş saatlarına görə də fərqlənirlər. Çünki bəzən yaşayış standartı elə ölkənin iş qrafikindən asılı olur. Qeyd edək ki, ölkə daxilində şəhərlər arasındakı iş qrafiki dəyişə bilər. Məsələn,Finlandiyada həftəlik iş saatı 32 saat olduğu halda, ölkənin hansısa şəhərində həftəlik iş saatı daha az və ya daha çox ola bilər.

Cebhe.info xəbər verir ki, İqtisadi Əməkdaşlıq  və İnkişaf Təşkilatı(OECD) adlı beynəlxalq təşkilat mövcuddur ki, bu təşkilatın öz fəaliyyətinə müxtəlif sahələrə aid statistik məlumatların hesabatını aparmaq daxildir. 

Təşkilatın tədqiqatları içərisində son olaraq ölkələr üzrə illik iş saatlarının müddəti də göstərilib. 

Bu statistikaya görə, 2018-ci ildə insanların ən çox işlədiyi ilk beş ölkə Meksika, Cənubi Koreya, Rusiya, Yunanıstan və Çilidir. OECD təşkilatının siyahısında ən az iş saatı olan ölkələr içərisində isə Almaniya, Niderland, Norveç, Danimarka, İsveçrə ilk beşlikdədir. Məsələn, Almaniya sakinləri orta hesabla 2018-ci il ərzində 1363 saat işləyiblər. İlk beşlikdə sonra isə İsveç və Fransa gəlir.

2018-ci ildə ən az iş saatı Almaniya və Danimarkada qeydə alınıb. Belə ki, Almaniyada illik iş saatı 1363 olduğu halda, Danimarkada 1392 saat olub. Qeyd edək ki, Danimarkada bir saata görə işçiyə ödənilən məbləğ Avropa Birliyinə daxil olan ölkələrlə müqayisədə 30 faiz çoxdur. Bu ölkədə bir saata görə 37,5 avrop pul verilir. 

Norveç növbəti sırada qərarlaşıb ki, orada isə ortalama iş saatı il ərzində 1416 saat olub. 

Niderlandda 1433, İsveçrədə isə 1459 saat ortalama iş saatı götürülüb. 

Ən çox işləyən ölkələr içərisində ilk beşlikdə qərarlaşan ölkələrdən olan Meksika beşlik içərisində isə iş saatına görə birinci yerdə dayanır. Bu ölkədə illik iş saatı 2148 saat hesablanıb. Daha sonra Cənubi Koreya gəlir ki, burada 2005 saat ortalama iş saatı kimi hesablanıb. Üçüncü yeri Rusiya Federasiyası tutur, 2018-ci ildə bu ölkədə iş saatı 1972 saat olub. Yunanıstanda 1972, Çilidə isə 1941 saatdır və beləliklə ilk beşlik bu ölkələrlə tamamlanır. 

Avstraliyada illik iş saatı bayram və qeyri-iş günlərini çıxdıqda ortalama 1665 saatdır.

Avstriyada 1511 saat orta iş saatıdır. İsveçdə bu 1474, Fransada isə 1520 saatdır.

ABŞ-da 2018-ci ildə ortalama iş saatı 1 786 götürülüb, maksimal iş saatı isə ABŞ-da 40 saatdır. 

XX əsrin 40-cı illərindən bu rejim ABŞ-da tətbiq olunub. Lakin bu bütün ərazilərində belə deyil. Belə ki, şəxsi sektorda işləyən işçilərin həftəlik iş saatı 34,6 saat təşkil edir. 

Böyük Britaniyada iş saatı 1538 saatdır. 

Çin də iş saatı çox olan ölkələr sırasındadır. Çində nahar fasiləsi 20 dəqiqə çəkir, məzuniyyət isə cəmi 10 gündür. Məlumata görə, Çində çox işləməkdən hər gün yüzlərlə insan həyatını itirir. İş günün davamiyyəti və iş saatından əlavə çalışmalar ümumi iş vaxtına və məzuniyyət müddətinə təsir edir.

Azərbaycanda isə iş saatı özəl müəssisələrlə dövlət müəssisələrində fərqli olduğu üçün bu məsələnin daim müzakirəyə ehtiyacı olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, əmək müqaviləsi əsasında işə qəbul olunan işçilər üçün tam iş vaxtı - müddəti Əmək Məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Gündəlik normal iş vaxtı müddətinin 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olaraq həftəlik normal iş vaxtı müddətinin 40 saatdan artıq müəyyən edilməsinin qanunvericilik tərəfindən qadağan edilməsi bilavasitə işçinin sağlamlığının mühafizəsinə yönəlib.

Əmək qanunvericiliyinə əsasən bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Lakin istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Ümumilikdə isə ölkələrin 2011-ci il və 2018-ci il arası iş saatlarının illik ortalaması aşağıdakı qrafikdə öz əksini tapmışdır:

AustraliaInformation on item   1 700 1 693 1 689 1 683 1 684 1 673 1 675 1 665
AustriaInformation on item   1 562 1 540 1 525 1 516 1 500 1 512 1 511 1 511
Belgium Information on item 1 560 1 560 1 558 1 545 1 545 1 545 1 545 1 545
CanadaInformation on item   1 713 1 722 1 716 1 710 1 712 1 706 1 695 1 708
ChileInformation on item   2 047 2 024 2 015 1 990 1 988 1 974 1 954 1 941
Czech RepublicInformation on item Information on item 1 806 1 776 1 763 1 777 1 756 1 779 1 784 1 792
DenmarkInformation on item   1 437 1 423 1 426 1 414 1 407 1 412 1 405 1 392
EstoniaInformation on item   1 852 1 820 1 801 1 795 1 788 1 791 1 792 1 748
FinlandInformation on item   1 587 1 575 1 565 1 562 1 563 1 560 1 556 1 555
FranceInformation on item Information on item 1 546 1 541 1 526 1 518 1 519 1 526 1 522 1 520
GermanyInformation on item   1 393 1 375 1 363 1 367 1 370 1 363 1 360 1 363
GreeceInformation on item   1 949 1 966 1 970 1 933 1 943 1 942 1 956 1 956
Hungary   1 770 1 750 1 745 1 752 1 749 1 760 1 741 1 741
IrelandInformation on item   1 702 1 707 1 720 1 731 1 741 1 739 1 738 1 782
IsraelInformation on item   1 947 1 919 1 908 1 895 1 895 1 922 1 918 1 910
ItalyInformation on item   1 773 1 734 1 720 1 717 1 718 1 722 1 719 1 723
JapanInformation on item   1 728 1 745 1 734 1 729 1 719 1 714 1 709 1 680
KoreaInformation on item   2 123 2 111 2 098 2 067 2 083 2 068 2 018 2 005
LuxembourgInformation on item   1 515 1 508 1 503 1 506 1 514 1 513 1 507 1 506
MexicoInformation on item   2 121 2 120 2 136 2 134 2 140 2 146 2 148 2 148
NetherlandsInformation on item   1 420 1 411 1 415 1 426 1 426 1 438 1 435 1 433
New ZealandInformation on item   1 746 1 734 1 752 1 762 1 757 1 752 1 753 1 756
NorwayInformation on item   1 421 1 420 1 408 1 427 1 424 1 424 1 419 1 416
PolandInformation on item   1 829 1 824 1 821 1 827 1 834 1 836 1 815 1 792
PortugalInformation on item   1 714 1 698 1 707 1 714 1 722 1 725 1 727 1 722
Slovak RepublicInformation on item   1 793 1 789 1 772 1 760 1 754 1 740 1 714 1 698
SloveniaInformation on item   1 663 1 645 1 662 1 682 1 688 1 653 1 622 1 603
SpainInformation on item   1 716 1 701 1 694 1 695 1 700 1 702 1 690 1 701
SwedenInformation on item   1 491 1 478 1 470 1 470 1 471 1 482 1 470 1 474
SwitzerlandInformation on item   1 619 1 603 1 583 1 575 1 590 1 590 1 570 1 459
TurkeyInformation on item Information on item 1 864 1 855 1 832 1 832 1 832 .. .. ..
United KingdomInformation on item   1 518 1 531 1 541 1 547 1 531 1 545 1 543 1 538
West GermanyInformation on item   1 399 .. .. .. .. .. .. ..
United StatesInformation on item   1 780 1 783 1 781 1 784 1 785 1 781 1 780 1 786
Russian FederationInformation on item   1 979 1 982 1 980 1 985 1 978 1 974 1 980 1 972
OECD countriesInformation on item   1 750 1 748 1 744 1 742 1 743 1 743 1 737 1 734

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1431