hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Dünyada və Azərbaycanda: Kim daha çox qazanır?

Dünyada və Azərbaycanda: Kim daha çox qazanır?

Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addımı atıb. 

Belə ki, ölkə prezidentinin imzaladığı 17 sərəncamla minimum əməkhaqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əməkhaqqında artım edilib. Sərəncama əsasən, sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata qaldırılıb.

Məlumdur ki, minimum əməkhaqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ işləyənləri aşağı əməkhaqqı ödənişindən qorumaq məqsədilə tətbiq edilir.

Maraqlıdır, dünya ölkələrində minimum əməkhaqqı nə qədərdir? 

Cebhe.info xəbər verir ki, Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda  minimum əməkhaqqı 500 avrodan aşağıdır. Məsələn, Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur. Avropada  ən yüksək minimum əməkhaqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro) və Almaniyadadır (1498 avro). 

Bildirək ki, 1 saatlıq minimum əməkhaqqı norması Avstraliyada 15.61 dollar, Lüksemburqda 14.31 dollar, Fransada 12.52 dollar, Belçikada 11.91 dollar, İrlandiyada 11.48 dollar, Yeni Zelandiyada 11.23 dollar, Hollandiyada 11.22 dollar, ABŞ-da 10.10 dollar, Kanadada 9.85 dollardır. Uyğun göstərici Türkiyədə 5.46 dollar, Əlcəzairdə 2.84 dollar, Hondurasda 1.94 dollar, Çadda 1.68 dollar, Rusiyada 1.06 dollardır. Rusiyada Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması 2018-ci ildə minimum əməkhaqqının yaşayış minimumu səviyyəsinə qaldırılması layihəsini qəbul edib və layihəyə əsasən 2019-cu il yanvarın 1-dən minimum əməkhaqqının 117 rubl artırılaraq 11 min 280 rubla (289 manat) çatdırılıb. Əməkhaqqının bu artımı 3,7 milyona yaxın işçiyə şamil olunub. Türkiyədə minimum maaş hazırda 2020 lirə (652 manat), Ermənistanda 55 min dramdır (190 manat). 2019-cu il yanvarın 1-dən Belarusda minimum əməkhaqqı 330 Belarus rublu (259 manat), Ukraynada 4173 qrivna (261 manat), Qazaxıstanda 42 min 500 təngə (191 manat) müəyyən olunub. 

Qeyd edək ki, Gürcüstanda  minimum əməkhaqqı anlayışı tətbiq edilmir. 2019-cu ildən ölkədə yaşayış minimumu 175 lari (112 manat) götürülüb. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 1189