hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Dünyadakı milyarderin sərvəti ötən il azalıb

Dünyadakı milyarderin sərvəti ötən il azalıb

Dünyadakı milyarderlərin aktivləri 5 illik artımdan sonra ötən il 388 milyard dollar azalaraq 8.5 trilyon dollar geriləyib.

Cebhe.info xəbər verir ki, məlumat İsveçrədə yerləşən “UBS” Bank və “PricewaterhouseCoopers” (PwC) tərəfindən hazırlanan "Billionaires Report 2019" hesabatında öz əksini tapıb.

Hesabatda dünyadakı milyarderlərin aktivləri, o cümlədən 2013-cü illə müqayisədə milyarderlərin sayının 2018-ci ildə 38.9 faiz artaraq 2 min 101-ə çatdığı da qeyd olunub.

2013 və 2018-ci illər arasındakı böyümədən sonra dünyada milyarderlərin aktivləri keçən il ilk dəfə azalıb. 

Hesabata görə, güclü dollar və dəyişkən kapital bazarları səbəbindən milyarderlərin aktivləri 2018-ci ildə 388 milyard dollar azalaraq 8.5 trilyon dollara düşüb.

Hesabatda “UBS Global Asset Management”dəki Ultra Yüksək Xalis Dəyərlər Birliyinin rəhbəri Josef Stadlerin də fikirlərinə yer verilib. O, dünyadakı milyarderlərin aktivlərində 2013-2018-ci illərdə baş verən “partlama”dan sonra 2018-ci ildə təbii bir düzəlmə yaşandığını bildirib.

Josef Stadler sərt geosiyasi şərtlərin, güclü dollar və “üzən kapital” bazarlarının milyarderlərin aktivlərinə təsir etdiyinə işarə edərək, yenə də milyarderlərin biznesinin çiçəklənməyə doğru getdiyinə də diqqət çəkib:

“Milyarderlər daim fond birjalarından üstün olan müəssisələr yaradır və fəaliyyət göstərir. Milyarderlər ətraf mühit və sosial dəyişiklik kimi məsələlərə yeni yanaşmalar kəşf edirlər. Milyarderlər dünyanın hər yerində yaşayırlar və yaxşıdırlar. Yavaşlama əlaməti yoxdur".

Hesabata görə, 2018-ci ildə Asiyada milyarderlərin sərvəti 2017-ci illə müqayisədə 8 faiz azalaraq 2,5 trilyon dollara, Çin milyarderlərinin sərvəti isə 6 faiz azalaraq 1.4 trilyon dollara enib.

Dünyanın ən çox milyarderinə sahib olan ABŞ-da milyarderlərin sərvəti 2018-ci ildə 0,1 faiz artaraq 3,6 trilyon dollara çatıb.

Analoji dövrdə Qərbi Avropadakı milyarderlərin sərvəti 19 faiz artaraq 1,7 trilyon dollara çatarkən, Rusiyadakı milyarderlərin aktivləri isə 2,9 faiz azalaraq 421 milyard dollara çatıb.

“UBS” və “PwC” tərəfindən hazırlanan hesabatda 43 ölkədən 2 min 101 milyarderə aid məlumatlarının araşdırıldığı bildirilir.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 881