hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Dünyanı təhdid edən yeni savaş: Maliyyə böhranı ölkələri vuracaq

Dünyanı təhdid edən yeni savaş: Maliyyə böhranı ölkələri vuracaq

ABŞ prezidenti Donald Tramp rəsmi Pekini yeni ticarət sazişinə razı salmaq üçün iyun ayının sonunda Çin Xalq Respublikasının sədri Si Tzsinpinlə “Böyük 20-liy”in Yaponiyanın Oşake şəhərində keçiriləcək sammitində görüşmək niyyətindədir. 

Tərəflər razılığa gələ bilməsə, iqtisadi və siyasi münasibətlərdə gərginliyin artacağı gözlənilir. Donald Tramp bəyan edib ki, əgər Pekin Vaşinqtonla ticarət sazişi bağlamasa, əksər Amerika şirkətləri Çini tərk edəcək.

Amerikalı lider "Tvitter" səhifəsində çinli həmkarı Si Tszinpinə xəbərdarlıq edib: "Mən açıq şəkildə Çin rəhbəri Si Tsizinpin və oradakı çoxsaylı dostlarıma səslənərək deyirəm. Əgər Çin saziş bağlamasa, bundan əziyyət çəkəcək. Belə ki, şirkətlərimiz Çini tərk edərək başqa ölkələrə getməyə məcbur qalacaq".

ABŞ və Çin arasında ticarət müharibəsinin güclənməsi birjalarda fond indekslərinin çökməsinə səbəb olub. Qəfil çöküş Pekinin iyunun 1-də ABŞ-dan istehlak olunacaq beş mindən çox mal və məhsula cavab olaraq idxal rüsumlarını tətbiq olunacağını elan etməsini açıqlaması ilə baş verib. Nəticədə, ABŞ-ın ən böyük 500 şirkətini əhatə edən S&P indeksi 79,87 bənd və ya 2,77 faiz itkiyə məruz qalıb. Xatırladaq ki, ABŞ may ayının 10-dan etibarən 200 milyard dollar qədər olan Çin məhsullarının tariflərini 10 faizdən 25 faizə qədər artırıb. Vaşinqton bu qərarı Çinin ABŞ-ın bir çox ölkələrə təklif etdiyi ticarət sazişinə daxil olmaqdan imtina etməsindən sonra verib. Öz növbəsində, Çin, ABŞ-ın tələblərinin yumşalacağına əmin olduğu üçün ticarət əlaqələrinə dair müzakirələrdə sərt mövqe tutur. Honq-Konq mediasının yazdığına görə, ABŞ və Çin arasında artan ticarət müharibəsinin fonunda, Çianq May Fondunun qaydalarının yenidən nəzərdən keçirilməsi və əlavə regional valyutalarla genişlənməsi region ölkələrinin dollara əsaslanan maliyyə sistemindən asılılığı azaltmaq niyyəti ilə bağlıdır. İndiyə qədər Amerikanın dünya miqyasında təsirləri hərbi gücdən daha çox maliyyə qüdrəti üzərində qurulub.”Kredit Syuiss” bankının investisiyalar üzrə sabiq direktoru Mayk O Sallivan belə deyib. Onun sözlərinə görə, bunun səbəbi dolların geniş yayılması, ABŞ kapital bazarlarının dərinliyi və Amerika banklarının gücündədir. “Lakin ticarət mübahisəsinin qarşının alınmasında lazımi tədbirlərin görülməsi üçün yalnız Çin hakimiyyəti deyil, Amerika elitası da gecikib”. 

Çinin son illərdə böyüməsi və yeni bir iqtisadi dünya düzəni yaratma arzusu ABŞ-ı narahat edir. Prezident Tramp gömrük müharibəsinin birinci mərhələsini Çindın idxal olunan 34 milyard dollarlıq məhsulun 25 faiz vergiyə cəlb olunması ilə başladı. Bundan sonra, 16 milyard dolla dəyərində Çin məhsullarına eyni qayda tətbiq edildi. Növbəti gərginlik may ayının 10-da yaşanıb. ABŞ Çindən daxil olan 200 milyard dollarlıq mal və məhsulların gömrük rüsumlarını 10 faizdən 25 faizə qaldırıb. ABŞ hökuməti Çindən gətirilən məhsulların qalan hissəsinə isə 25 faiz rüsum tətbiq etməklə təhdid edir. Həmin mal və məhsulların həcmi isə 300 milyard dollar təşkil edir. Ötən həftə isə iki ölkə arasındakı ticarət danışıqları dalana dirənib. 

Qeyd edilir ki, bu gün dünya valyuta ehtiyatlarının 63 faizini ABŞ dolları təşkil etdiyi halda Çin yuanı cəmi 1,9 faizdir. Yaxud beynəlxalq ödənişlərin 1,2 faizi yuanla həyata keçirilir. 

“Əgər yuan Çianq May Fondunun səbətinə daxil olarsa, bu, Çinin qlobal iqtisadiyyatı öz valyutasından istifadə etməklə genişləndirmək üçün göstərdiyi davamlı səylərə daha bir təkan verəcək. Yuandan istifadənin genişlənməsi Çinin maliyyə sabitliyi barədə narahatlıqları məhdudlaşdırır. Kapital əməliyyatlarının nisbi yaxınlaşması yuanın əsas ehtiyat valyutası olmasına mane olur”-deyə, “Moody's” reytinq agentliyinin strateq analitiki Kolin Ellis bildirib. Ellis əlavə edib ki, yaxın gələcəkdə Çin ilə ticarət və maliyyə əlaqələri beynəlxalq ehtiyatların strukturunda böyük dəyişikliklərə səbəb ola bilər.

Bununla belə, Böyük Çin üçün Standard Çarterd Bankın analitiki Kelvin Lau hesab edir ki, ticarət müharibəsinə baxmayaraq, yuan beynəlmiləlləşməklə güclənməyə davam edir. Launun sözlərinə görə, xarici investorlar özlərinin yerli səhmlərini yuan hesabına genişləndirib. Bu göstərici cari ilin birinci rübündə yüksək sıçrayışla 46 faiz artıb. 

"Çin prezidenti Si Tzsinpinin “Bir kəmər, bir yol” forumundakı çıxışı da daxil olmaqla, son rəsmi bəyanatlar Çinin bazarlarını daha da genişləndirməyə, xarici maraqların və təmiz rəqabətin qorunmasına davamlı bağlılığını nümayiş etdirir"-deyə, ekspert bildirib. 

Çinin “Avstraliya-Yeni Zelandiya” Bankının iqtisadçısı Betti Rui Vanq isə hesab edir ki, Çin beynəlxalq aləmdə yuanın istifadəsini genişləndirməklə kapitalın hərəkətində balansı açmağa çalışır. Yuandan istifadənin genişlənməsi çinli ixracatçılara valyuta risklərini idarə etməyə kömək edəcək. 

Amerikalı analitik Kennet Roqof isə “Project Syndicate” nəşrində dərc etdiyi məqalədə qeyd edir ki, Çindən davamlı olaraq yuanın dollara olan məzənnəsini sabit saxlamağı tələb etmək Asiyanın yeni maliyyə böhranına səbəb ola bilər. Müqaviləyə görə, Çin pul siyasətində kifayət qədər güclü muxtariyyətdən məhrum olduğundan bu, hər kəs üçün böyük problemlərə səbəb ola bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1915