hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Dünyanın ən bahalı 10 maddəsi: Qramı 62 trilyondan 130 dollaradək olanlar

Dünyanın ən bahalı 10 maddəsi: Qramı 62 trilyondan 130 dollaradək olanlar

Dünyanın ən bahalı zinət əşyaları, göstərişli evləri, avtomobilləri zadəgan həyatı yaşayanların ən sevmli məşğuliyyətinə çevrilir.

Bu dəfə Cebhe.info dünyanın ən bahalı, dəyərli milyardlarla dollarla ölçülən maddələri təqdim edir.

Bahalı maddələr siyahısına Antimaddə (antizərrəciklərdən ibarət materiya, maddənin tərs qarşılığı-müəl.) başçılıq edir ki, onun bir qramı 62.5 trilyon dollar dəyərindədir.

İkinci yeri Kalifornium tutur. Kaliforniumun bir qramı isə 25-27 milyard dollara təklif olunur.

Üçüncü yeri Almaz tutur ki, onun da bir qramı 55 min dollardır.

Göründüyü kimi, siyahının ikinci və üçüncü yeri arasında çox böyük - 24.5 milyard dollar fərq var.

Siyahının dörcüncüsü Tritium - qramı 30 min, beşincisi Taffeit - qramı 20 min, altıncısı Painit - qramı 9 min, yeddinci Plutonium - qramı 4 min, səkkizincisi isə LSD - qramı 3 min dollardır.

Sonuncu, doqquzuncu və onuncu yerləri isə uyuşturucu maddələr olan Kokain - qramı 236 və Heroin - qramı 130 dollar tutur.

Əgər hansısa maddənin dəyəri varsa yüksəkdir və bu, o deməkdir ki, bunların bazarda alıcısı var və təlabat da lazımi səviyyədidir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 705