hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Dünyanın ən varlı adamı artıq subaydır

Dünyanın ən varlı adamı artıq subaydır

Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos və həyat yoldaşı ayrılıb.

Cebhe.info xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. Saytın yazdığına görə, artıq Vaşiqntonnın Kinq dairəsinin məhkəməsi boşanma haqqında qərar çıxarıb. Bezos keçmiş arvadına “Amazon” internet mağazasının 19,7 milyon səhmini və ya ümumi səhmlərin 4 faizini verəcək. Bu paketin dəyəri 38,3 milyard dollardır. Bununla belə, Bezos səhmlərlə səsvermə hüququnu əlində saxlayacaq.

Bezos sabiq arvadına həmçinin "Washington Post" qəzetindəki və "Blue Origin" şirkətindəki səhmindən də pay verib. Makkenzi Bezos bildirib ki, öz sərvətinin yarısını xeyriyyə işlərinə xərcləyəcək. Dünyanın ən varlı adamının boşanma qərarı barədə bu ilin yanvarından xəbərlər dolaşırdı. 25 ildir birgə yaşayan cütlüyün 4 övladı var.

Xəzər

Cebhe.info


Oxunma sayı: 848