hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dağıstanda azərbaycanlı atasını boğdu

Dağıstanda azərbaycanlı atasını boğdu

Dağıstanda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb.

Unikal.org “RİA Dagestan”a istinadən xəbər verir ki, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb.

İttihama görə, sentyabrın 25-də Dağıstanın Xasavyurt şəhərində kirayədə yaşayan 59 yaşlı kişi münaqişə zəminində oğlu tərəfindən öldürülüb: “Oğul atasına əllərilə çoxsaylı həyatı təhlükəli zərbələr endirdikdən sonra onu naməlum bir əşyadan istifadə edərək boğub”.

Şübhəli saxlanılıb, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsinin 1-ci hissəsinə əsasən cinayət işi açılıb.

APA-nın Sumqayıt bürosunun əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs Sumqayıt şəhər sakini Etibar adlı şəxsdir. Qətlə yetirilən atanın adı isə Cahiddir.

Cebhe.info


Oxunma sayı: 1453

Bizim Telegram səhifəmizi izləyin