hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artır

Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artır

Dağlıq Qarabağda koronavirusa yoluxan ermənilərin sayı 359 nəfərə çatıb.

Cebhe.info-nun məlumatına görə, son sutka ərzində daha 7 nəfər ermənidə COVID-19 virusu aşkar edilib.

Bu barədə Dağlıq Qarabağda yaradılmış xüsusi informasiya mərkəzi açılqma yayıb. Yoluxanların və aktiv xəstələrin hamısı Xankəndi şəhərindəndir.

Bundan başqa, koronavirusa yoluxmuş 80 nəfərin izolyasiya edildiyi, 40 nəfərin isə müalicə altında olduğu bildirilir. Ancaq mərkəz bu dəfə də guya Dağlıq Qarabağda koronavirusda ölüm hallarının sayını sıfır göstərməklə faktları gizlətməyə çalışıb.

Halbuki Ermənistanda pandemiyaya yoluxanların sayı 47 154 nəfərə çatıb. Ölənlərin sayı isə 1 215 nəfər təşkil edir.

Ermənistan hökumətinin məlumatına görə, 930 nəfər koronavirusdan, 285 nəfər isə digər xəstəliklərdən ölüb. Ancaq həkimlər həmin şəxslərə də COVID-19 diaqnozu qoyub.

Qeyd edək ki, hazırda Ermənistan koronavirusa yoluxma və ölüm sayına görə Avropada birinci yerdədir. Belə olan halda Dağlıq Qarabağda indiyədək bir nəfərə də erməninin pandemiyadan ölmədiyini iddia etmək inandırıcı sayıla bilməz.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1794

Bizim Telegram səhifəmizi izləyin