hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Daha 2 terrorçu zərərsizləşdirildi

Daha 2 terrorçu zərərsizləşdirildi

Suriyadakı "Zeytun budağı" əməliyyat bölgəsində terror aktı törətməyə hazırlaşan terror təşkilatı PKK/YPG üzvü olan 2 terrorçu zərərsizləşdirilib.

Cebhe.info xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, terrora qarşı mübarizə sərhəd daxilində və xaricində qətiyyətli şəkildə davam edir.

Suriyanın şimalındakı terrordan təmizlənmiş ərazilərdəki terrorçuların sızma cəhdləri və fəaliyyətlərinin də qarşısı alınır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) 20 yanvar 2018-ci ildə başlatdığı "Zeytun budağı" əməliyyatı ilə Suriyanın Hələb şəhərinin Afrin bölgəsini terrordan təmizləmişdi.

Əhməd
Cebhe.info


Oxunma sayı: 210