hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Daha 53 azərbaycanlı Gürcüstandan vətənə gətirilir

Daha 53 azərbaycanlı Gürcüstandan vətənə gətirilir

Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyyə ediləcək.

Unikal.org xəbər verir ki, təxliyyə olunacaq şəxslər Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər.

Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyyəsi həyata keçirilib.

Cebhe.info


Oxunma sayı: 1552

Bizim Telegram səhifəmizi izləyin