hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Daha alban kilsəsi dağılır: “Məbəd bir müddət çayxana kimi istifadə edilib” - Zaur Əliyev

Daha alban kilsəsi dağılır: “Məbəd bir müddət çayxana kimi istifadə edilib” - Zaur Əliyev

Daha bir alban abidəsi məhv olmaq üzrədir.

Cebhe.info xəbər verir ki, bu barədə AMEA-nın elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə,  IV-V əsrə məxsus alban abidəsi baxımsız qalıb: “IV-V əsrə aid olan alban məbədi məhv edilir. Sovet dövründə ermənilər iddia ediblər ki, guya bu məbədin adı "Müqəddəs Qevorq kilsəsi"-dir. 1851-ci ildə bu məbədə bir sıra elementlərin sonradan əlavələr edilib. Ermənilər burada qədim alban dilində olan yazılar olan daşları "erməni dilində" olan daşlarla əvəz ediblər və Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayan kimi oranı sovetlərin icazəsi ilə rəngləyiblər”. 

Elmi katib alban katolikosluğunun ləğvindən sonra, eləcə də sovet hakimiyyəti illərində məbədin acınacaqlı vəziyyətindən söz açıb: “Alban katolikosluğu ləğv olunduqdan sonra (1836), digər alban məbədləri kimi Zaqatala kilsəsinin də taleyi ürəkaçan olmadı. Bu məbəd də ermənilərin ixtiyarına keçib. Sovet hakimiyyəti dövründə isə məbədi vəziyyəti daha acınacaqlı olub. Şəhərin yaşlı sakinlərinin məlumatına görə, sovet hakimiyyəti illərində ermənilər məbədi yaşayış binası kimi istifadə ediblər. Məbəddə bu faktın izləri aydınca sezilir. Belə ki, məbədin divarları boyanmış, zal üç mərtəbəyə ayrılıb. Ermənilər qədim albanlara və azərbaycanlılara aid simvolikaları silə bilmədikləri üçün sonradan od vurub yandırıblar”.

Zaur Əliyev qeyd edib ki, məbəd bir müddət sonra çayxana kimi istifadə edilib, lakin müdaxilələrdən sonra onu da yığışdırıblar.

Qeyd edək ki, kilsə 1953-cü ilə kimi qeydiyyatda olub, ondan sonra baxımsız qalıb. Nazirlik isə "maliyyə yoxdur" deyərək məbədi təmiri ilə bağlı tədbir görməyib. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 551