hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Daha bir deputat koronavirusa yoluxdu - Rusiyada

Daha bir deputat koronavirusa yoluxdu - Rusiyada

Rusiya Dövlət Dumasının millət vəkili Mizail Kuzmin koronavirusa yoluxub.

Cebhe.info xəbər verir ki, bu barədə deputat özü məlumat verib. O bildirib ki, hazırda özünütəcrid rejimindədir.

“Görünür, mən koronavirus deyilən xəstəliyə yoluxmuşam. Testim pozitiv çıxdı. Əlavə müayinəni gözləyirəm. Həftəsonu evə- Stavropola getmək istərdim”.

Kuzminin sözlərinə görə, Moskvadakı mənzilində özünütəcrid rejimində olacaq.

“Özümü yaxşı hiss edirəm. Görək hadisələr necə inkişaf edəcək. Sizə məlumat verəcəyəm. Bu xəbər mənim üçün xoşagəlməz oldu”, - deyə deputat söyləyib.

Qeyd edək ki, Mixail Kuzmin Dövlət Dumasına 2016-cı ilin sentyabrında Stavropol diyarından deputat seçilib.

Bundan əvvəl Rusiya Dövlət Dumasının daha 5 millət vəkili koronavirusa yoluxmuşdu.

Cebhe.info


Oxunma sayı: 925