hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Daha bir erməni təxribatı ifşa olundu

Daha bir erməni təxribatı ifşa olundu

“Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar, Ukraynanın Azərbaycana Ermənistanla döyüşə millətçilərdən ibarət silahlı dəstələr göndərməsi barədə açıqlama verir. Əlbəttə ki, bu təxribat xarakterllidir”.

Cebhe. info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Ukraynanın Azərbaycana tam dəstəyi, görünür Rusiya və Ermənistanı ciddi narahat edir:

“Bununla onlar, bu kimi təxribatlara əl atmaqla yeni plan həyata keçirə bilərlər. Bu plan əsasən, Rusiya dəstəkli "Luqansk Respublikasında" qeyri-qanuni silahlı dəstələrin Qarabağa və sərhədə göndərilməsinə hesablanır.

Luqansk separatçılarının bu açıqlamasının pərdəarxası bundan ibarətdir. Həmçinin Qarabağdakı işğalçı rejimə "Luqansk" qondarma rejimin köməyi kimi xarakterizə edilir.

Qeyd edim ki, separatçılar arasında "əməkdaşlıq" formatı var. Bu əməkdaşlıq Moskvadan idarə edilir. Hesab edirəm ki, Azərbaycan bu məsələdə diqqətli olmalıdır. Prosesləri diqqətə almalı, Luqansk separatçıların açıqlamalarını qəribsəməməlidir. Çünki bunlar Moskvanın dili ilə danışır”.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 12915