hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Daha bir kənd Azərbaycan ordusuna təhvil verildi: Ermənilərin yalanı baş tutmadı

Daha bir kənd Azərbaycan ordusuna təhvil verildi: Ermənilərin yalanı baş tutmadı

Ermənilər sonradan məskunlaşdıqları daha bir kəndi boşaltmağa məcbur qalıblar.

Belə ki, Ağdam rayonunun inzibati ərazisinə daxil olan Gülablı kəndi (Abdal Gülablının yaxınlığında yerləşdir-red.) boşaldılıb və Azərbaycan ordusuna təhvil verilib.

Cebhe.info xəbər verir ki, bu barədə sosial şəbəklərdə ermənilərin yaydığı məlumat təsdiqlənib.

Erməni tərəfi bu kəndin Xocavənd rayonunun inzibati ərazisinə daxil olduğunu və adının Vazgenaşen olduğunu iddia etsə də, onların bu cəhdi baş tutmayıb. Mətbuat kəndin “gözlənilmədən” Azərbaycan tərəfinin nəzarətinə verilməsi barədə xəbər yayıb. Daha sonra xəbəri Vahid İnformasiya Mərkəzi təsdiqləyib.

Məlumatda iddia olunurdu ki, gözlənilmədən kəndə avtomobillərlə azərbaycanlılar daxil olub. 25 erməni ailəsi kəndi tərk edərək Xocavəndin digər kəndlərinə, 10 ailə Xankəndinə gedib. Daha 25 ailə isə Ermənistana köçüb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4742

Bizim Telegram səhifəmizi izləyin