hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Daha bir koronavirus xəstəsi mağazada tutuldu

Daha bir koronavirus xəstəsi mağazada tutuldu

Elazığda koronavirus testi pozitiv olan 49 yaşlı Adnan K. adlı vətəndaş karantin qaydalarını pozaraq iş yerini açıb.

Polis tərəfindən iş yerində tutulan koronavirus xəstəsi tələbə yataqxanasına yerləşdirilib.

Cebhe.info xəbər verir ki, polis koronavirusa yoluxan Adnanın iş yerini açaraq satış etməyə başladığını müəyyəb edib və əraziyə Təcili Tibbi Yardım çağırıb. Bu zaman Adnan polisə etiraz edərək "adam öldürmüşəm?" deyib.

Polis isə qarşılığından "indi bu vəziyyətdə burada olmağınız adam öldürməyə cəhd etdiyiniz mənasına gəlir" deyərək vətəndaşın səhv etdiyini bildirib.

Hadisə yerinə gələn tibb personalı Adnana əlcək, tibbi maska verdikdən sonra İzzətpaşa tələbə yataqxanasına aparıb.

Qeyd edək ki, vətəndaş karantin qaydalarını pozduğuna görə əlavə olaraq 3150 lirə pul cəzası da ödəyib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 694