Daha bir ölkə karantini uzatdı

Boliviyanın müvəqqəti hökuməti karantin müddətini 31 avqustadək uzadıb.
Cebhe.info xəbər verir ki, buna səbəb ölkədə koronavirusa yoluxma hallarının sayının kəskin artmasıdır.
Boliviyada indiyədək ümumilikdə 76 789 nəfər koronavirusa yoluxub, 2 977 nəfər infeksiyadan həyatını itirib, 23 582 nəfər isə sağalıb.
Naibə
Cebhe.info
Oxunma sayı: 3180
Bizim Telegram səhifəmizi izləyin