hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Daha bir peyvəndin fəsadları ortaya çıxdı: Məntəqələr bağlandı

Daha bir peyvəndin fəsadları ortaya çıxdı: Məntəqələr bağlandı

Amerikada “Johnson & Johnson" peyvəndinin əks təsirləri qeydə alınıb.

Cebhe.info xəbər verir ki, buna görə də Şimali Karolina və Kolorado ştatlarında iki peyvəndləmə məntəqəsi bağlanıb.

Preparatın əsk təsirləri sırasında əsasən ürəkbulanması və şiddətli baş ağırısı göstərilir. Təkcə Şimali Karolina ştatında 18 nəfərdə belə reaksiya olub. Onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. Sözügedən peyvəndi ümumilikdə bu ştatda 2300 nəfər vurdurub.

Klorado ştatında isə 11 nəfərdə əks reaksiyalar baş verib və peyvənd məntəqələri bağlanıb. 2 nəfər xəstəxanaya yerləşdirilib. Ancaq bunun ehtiyat tədbir xarakteri daşıdığı vurğulanıb.

“Johnson & Johnson" şikəti bu reaksiyaların diqqətlə öyrəniləcəyinə dair açıqlama yayıb.

Ümumilikdə ölkədə 66 milyon nəfər peyvənd olunub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 5149