hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Daha bir şəhid dəfn edilib

Daha bir şəhid dəfn edilib

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

Məlumata görə, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseyn Əliyevin nəşi Tovuz rayonuna aparılıb.

Vida mərasimindən sonra şəhid doğulduğu Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Əliyev Hüseyn Sahib oğlu Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi/APA.

Allah rəhmət eləsin!

Cebhe.info


Oxunma sayı: 705

Bizim Telegram səhifəmizi izləyin