hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Danışıqların şok təfərrüatı: Azərbaycan tərəfi də iştirak edib?

Danışıqların şok təfərrüatı: Azərbaycan tərəfi də iştirak edib?

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın aprel ayında Sünikə (Zəngəzura) səfərinin yeni təfərrüatları məlum olub.

Cebhe.info-nun məlumatına görə, “Hraparak” qəzeti belə yazır.

Qeyd edilir ki, həmin günlərdə sanki təsadüfən ABŞ səfiri Lin Treysi də Sünikdə olub və gecəni Nikol Paşinyanla eyni oteldə qalıb.

Onların mərtəbələrdən birində rahat görüşüb danışması üçün otel işçiləri evlərinə göndərilib.

“Ancaq məlum oldu ki, bu hamısı deyil. Oteldəki görüşdə ikisindən başqa, Azərbaycan tərəfinin nümayəndəsi də iştirak edib. Mənbələrimiz onun kim olduğunu bilmir. Sünik yolunda səfir Vorotan məntəqəsindəki Azərbaycan mövqelərindən birində "sərnişini" götürüb otele aparıb.

Üçtərəfli müzakirə Zəngəzurdan Naxçıvana gedən dəhlizlə bağlı olub. Bu görüşdən dərhal sonra Azərbaycan qoşunları Qaragöl ərazisinə daxil oldular. Azərbaycan tərəfi Ermənistanın cənubundakı ən dar hissədə - İşxanasar (Qızılcıq)-Sisyan-Naxçıvan dəhlizini irəli sürür. İşxanasar hissəsində azərbaycanlıların ərazimizin daxilinə 3,5 km irəliləməsi və belə bir mövqe tutması da məhz bununla bağlıdır. Bura gələcəkdə Süniki həqiqətən Ermənistandan qoparacaq yolun tikintisi üçün ən əlverişli yerdir.

Bizə elit qonaqlar getdikdən sonra Paşinyan işçilərinin məlumatın sızmasının qarşısını almaq üçün otelin kamera serverlərini də götürdüklərini dedilər. Rusiya tərəfi də bu görüşdən xəbərdardır və Ermənistanın onların arxasından ABŞ və Azərbaycanla oyun oynamasından narazı qaldığını bəyan edir. Moskva Paşinyanın azərbaycanlılarla birbaşa təmasda olduğuna əmindir”, - adıçəkilən qəzet belə yazır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 9934