hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Davudoğlu AKP-ni dağıdır: Qopmalar sürətləndi

Davudoğlu AKP-ni dağıdır: Qopmalar sürətləndi

Əhməd Davudoğlunun istefası Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) qopmaları sürətləndirib. 

Cebhe.info xəbər verir ki, Davudoğlunun ardınca  bir neçə sabiq millət vəkili və bölgə təşkilatlarının rəhbərləri də AKP-dən ayrılıb. AKP sədrinin sabiq müavini Selçuk Özdağ, Türkiyə Böyük Millət Məclisinin  İnsan Haqqları Araşdırma komissiyasının sabiq üzvü  Ayxan Səfər Üstün və keçmiş İstanbul millət vəkili Abdullah Başçı hakim partiyadan istefa veriblər.

İstefa verənlər arasında Türkiyənin Somalidəki sabiq səfiri də var.

Aydın
Cebhe.info


Oxunma sayı: 2443