hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, yoxlama zamanı şəxsin üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Nəticədə, Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsidə düz bağırsağından, şəffaf rəngli sellofana bükülü 2 ədəd bağlama və həmin bağlamalardan birinin içərisində 6 ədəd büküm aşkarlanıb.

Baxış zamanı 1 ədəd bağlamada təqribi çəkisi 16,13 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə təqribi çəkisi 2,17 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin, 4 ədəd bükümdə isə təqribi çəkisi 4,46 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 551