hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

De Byazi: "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir"

De Byazi: "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir"

"Təklifin ciddi olduğunu gördüyüm üçün Azərbaycanı seçdim. Həmçinin həmsöhbətlərim və federasiya rəhbərliyi etibarlı oldu. Mən futbolda böyüyən bir ölkəyə yollanıram. Onlarla əlaqəmiz fevralda olmuşdu, lakin pandemiya başladıqdan sonra danışıqlar dayandırıldı".

Cebhe.info xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi ölkəsinin mətbuatına açıqlamasında bildirib.

İtaliyalı mütəxəssis danışıqların öncədən getdiyini, lakin pandemiya səbəbilə razılaşma əldə olunmadığını bildirib:

"İndi yenidən rahat nəfəs ala bildiyimiz üçün danışdıq və razılıq əldə olundu. Müqavilənin müddəti 2021-ci ilin sonunadəkdir. Artıq avqustun əvvəlində ora yollanacağam. Təəssüf edirəm ki, işləmək üçün az vaxtım olacaq. Mən daha çox istəyərdim. Amma koronavirus hər birimizi dayanmağa məcbur etdi. Sentyabrın 5-də Millətlər Liqasının C Liqasında ilk oyunumuz baş tutacaq. Biz Lüksemburqa qarşı oynayacağıq. Həmçinin qrupumuzda Kipr və Monteneqro da var".

De Byazi millimizdəki hədəflərindən danışıb:

"AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu uğurlu çıxış 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldur. Çətin olacaq, bunu bilirik, amma biz əlimizdən gələni etməyə çalışacağıq".

Naibə
Cebhe.info


Oxunma sayı: 903