hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Ded Xasanın nəvəsi, çempion Sahib Mehdiyev və digər 30 avtoritet: Pulu bölüşdürmək üçün toplaşılar və...

Ded Xasanın nəvəsi, çempion Sahib Mehdiyev və digər 30 avtoritet: Pulu bölüşdürmək üçün toplaşılar və...

Kriminal aləmin "xaç atası" hesab edilən və ölümündən sonra yeri hələ də boş qalan Ded Xasanın nəvəsi "sxodka"da saxlanılıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, Moskva ətrafındakı restoranlardan birində keçirilən "sxodka"da ümumilikdə 32 avtoritet saxanılıb. Onların arasında Ded Xasanın nəvəsi İrakli Usoyan da var. Onunla yanaşı döyüş sambosu üzrə Rusiya çempionu Sahib Mehdiyev də saxlanılıb.

Avtoritetlər görüşdə yerli kommersantlardan alınan pulun bölüşdürülməsi və narkotik ticarətindən gəlir məsələlərini müzakirə edib.

Xatırladaq ki, Ded Xasan 2013-cü ildə öldürülüb və onun qətlinin sifarişçisi kimi azərbaycanlı "oğru" Rövşən Lənkəranskinin adı hallanıb. Daha sonra R.Lənkəranski də İstanbulda qətlə yetirilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3917