hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Dəhşətli ailə qətlinin səbəbi bəlli oldu: “Bütün varını yemək-içməyə xərcləyib, evini satıb içkiyə verib…” - İcra nümayəndəsi - ÖZƏL

Dəhşətli ailə qətlinin səbəbi bəlli oldu: “Bütün varını yemək-içməyə xərcləyib, evini satıb içkiyə verib…” - İcra nümayəndəsi - ÖZƏL

Xəbər verildiyi kimi, ötən gün Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.

Kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.

Xaçmaz rayonu Ləcət inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Eldar Allahverdiyev Cebhe.info-ya açıqlamasında baş verən dəhşətli qətlin təfərrüatlarını açıqlayıb.

Eldar Allahverdiyev bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib:

"Qətli törədən şəxsin (Rəhman Osmanov) ailəsində daim problem və münaqişə olub. Rəhman Osmanov illərdir ki, içki düşkünü olub. Bütün varını, pulunu yemək-içməyə xərcləyib. Hətta öz evini satıb içkiyə verib. Bir müddət ailə qonşunun evində kirayə qalıb. Rəhman Osmanovun bu həyat tərzi illərdir ki, davam edib. Nəhayət, həyat yoldaşı bu duruma tab gətirə bilməyib və sentyabrın əvvəlində atasının evinə qayıdıb. Rəhman Osmanov həyat yoldaşına acıq edərək, ov tüfəngini götürüb qayınata evinə gəlib. Əvvəlcə qarşısına çıxan qayınananı vurub, qadın yerindəcə keçinib. Sonra qayınatasına atəş açıb. Kişini xəstəxanaya çatdırsalar da, orada ölüb. Hadisə zamanı həyat yoldaşı qonşunun evinə qaçıb. Onun arxasınca da bir-iki atəş açıb. Açılan atəş evin qapı və pəncərəsinə dəyib. Qadın qaçaraq canını qurtara bilib”.

Kənd ərazi nümayəndəliyin rəhbəri qeyd edib ki, qətli törədən Rəhman Osmanov qızını köçürüb və hətta nəvələri var:

“Ümumiyyətlə, qalmaqallı ailə olublar. Əsas günah Rəhman Osmanovdadır. Adam içki düşkünü olduğu üçün evfində, ailəsində daim münaqişə və mübahisələr yaradıb”.

Qeyd edək ki, Rəhman Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 4995

Bizim Telegram səhifəmizi izləyin