hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Dəhşətli HADİSƏ: 4 qardaş eyni anda İNTİHAR ETDİ

Dəhşətli HADİSƏ: 4 qardaş eyni anda İNTİHAR ETDİ

İstanbulda intihar edən 4 nəfərin işığını kəsən şirkətə bir həftə vaxt verilib. 

Cebhe.info xəbər verir ki, noyabrın 6-da İstanbulun Fatih bölgəsində 4 qardaş eyni anda intihar edib. İntihar edən gənclərin sosial durumunun ağır olduğundan, işsizlik və kommunal xidmətləri ödəməkdə çətinlik çəkdikləri səbəbindən bu addımı atdıqları bildirilir. 

İstintaq araşdırmalarından məlum olub ki, gənclərin yaşadıqları ərazi üzrə elektrik enerjisini təmin edən şirkət uzun müddətdir borc səbəbindən qardaşların yaşadıqları mənzildə işığı kəsib. Onların ağır yaşayışı bir qədər də artıb. 

Hazırda qeyd olunan iddialara görə, ərazi üzrə məhkəmə tərəfindən şirkətə 15 noyabradək vaxt verilib. Elektrik paylayıcı şirkətindən ailənin aylıq elektrik enerjisi istehlakı, ödənilməmiş fakturaların sayı və müəssisənin həm inzibati, həm də texniki əməliyyatlarının sənədləri, protokolları tələb olunacaq. 

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1035