hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Dekabrdan bəri ilk: Virus ocağında viruslu xəstə tapılmadı

Dekabrdan bəri ilk: Virus ocağında viruslu xəstə tapılmadı

Koronavirusun ötən ilin dekabrında ilk yayıldığı Çinin Vuhan şəhərində son sutka ərzində yoluxma aşkarlanmayıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, əhalinin ümumi tibbi müayinəsi zamanı viruslu xəstənin olmadığı bildirilib. Səhiyyə Məsələləri üzrə Komitə bununla bağlı açıqlama yayıb.

Məlumata görə, 31 mayda şəhərdə 60 min test aparılıb. Nəticədə hətta simptomsuz xəstələr belə aşkarlanmayıb.

Beləliklə, ilk dəfə olaraq Vuhanda yolxumanın qeydə alınmadığı bildirilib. 14 maydan etibarən şəhərdə əhalinin COVİD-19-la bağlı ümumi müayinəsi aparılır. İndiyə qədər 189 yoluxma müəyyən edilib.

Son məlumata görə, dünyada 6,1 milyon nəfər koronavirusa yoluxub. 372 min nəfər ölüb. 2,6 milyon nəfər sağalıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2894