hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

Dələduzluq yolu ilə pul “qazanan” qadın saxlanılıb - RƏSMİ

Dələduzluq yolu ilə pul “qazanan” qadın saxlanılıb - RƏSMİ

Dələduzluqda şübhəli bilinən qadın saxlanılıb. 

Cebhe.info xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pul aldığını bildiriblər. 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də aşkarlanıb. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 397