hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Əli Kərimli, baş mirzəsi və isterika...

Əli Kərimli, baş mirzəsi və isterika...

Əli Kərimli 19 yanvar mitinqinin eyforiyasından az da olsa ayılıb real həyata qayıdan kimi gələcək mitinqlərin anonsunu verməyin kifayət etməyəcəyini anlayıb.

Başqa mövzular axtarır, şakərlərini qurdalayır. Nəsə alınmayanda isə köhnə havanın ifası başlanır. Tez birinci dərəcəli mirzəsi (ikincisi Bakıdadır – müəl.), Əli Kərimlinin yalan danışan dili hesab edilən Qənimət Zahidi işə qoşur və öz yalanlarını cəmiyyətə sırımağa sövq edir. Bu yalanların sırasında nələr yoxdur... Adamlar az qala Saatlının nohurlarındakı camışların qatığına da, şoruna da qara deməkdən usanmır və mübarizə metodu olaraq özlərinə sırıdıqları kimi başqalarını da aldatmağa çalışırlar. Özü də bir il deyil, beş il deyil, artıq illərin də sayı itib.

Təbii ki, Kərimlinin məsələlərə yanaşması heç kimi təəccübləndirmir. Yay günəşi qədər məlumdur ki, onun üçün siyasət deyilən məfhum şəxsi maraqları və bu maraqları ifadə etmək üçün uydurduğu yalanlarıdır. Bu maraqlar artdıqca, yalanların da sayı artır və tənqid pərdəsinə bürüdükləri təhqirin, şər-böhtanın, əsassız iradların dairəsi genişlənir.

Kərimlinin “maraq dairəsi”nə bu dəfə “ASAN Xidmət” düşüb və Qənimət Zahidin dilindən “ASAN Xidməti” böhtanı başlayıb, öz aləmində isə guya ifşa edib.

Çıxışını “ASAN Xidmət”in yaranma tarixi ilə başlayan birinci dərəcəli mirzə özünü səmimi və etibarlı tənqidçi kimi göstərmək istəyərək, onun təqdirəlayiq qurumlardan biri olmasını deməyi də unutmayıb. Eyni zamanda ASAN-ın “vətəndaşlarla münasibətdə həssas və şəffaf işlədiyini” etiraf edib. Ancaq “vətəndaşlarla münasibətlərdə” sözünü xüsusilə vurğulayıb ki, sonradan dilindən diyirlənəcək sözlər üçün ayaq yeri qoysun.

Ölkə üzrə 15 ASAN Xidmət Mərkəzi, 2 ASAN Kommunal Mərkəzi, İnnovasial Mərkəz MMC, ABAD və Elektron Hökumət İnkişaf Mərkəzləri publik-hüquqi şəxslərin fəaliyyət göstərdiyini deyən Kərimlinin yazarı “ifşa” dediyi çıxışına onunla davam edib ki, 6 ildə qurumun binalarının tikintisinə 500 milyon büdcə vəsaiti xərclənib, üstəlik bəzi binalara icarə haqları ödənilir. Binaların tikilməsi və maddi-texniki baza üçün vəsait xərclənməsini vurğulamağı “ifşa” hesab edən Qənimət Zahiddən soruşmaq lazımdır ki, vətəndaşlara xidmət göstərmək üçün öncə həmin quruma yer, maddi-texniki baza lazımdır, ya yoxə İnzibati bina, qurumun fəaliyyət göstərməsi üçün yer, şərait, maddi-texniki baza olmasa, o qurum necə işləməlidirə Bəs bu şəraiti kim yaratmalı, vəsait hardan cəlb olunmalıdırə Bunları dövlət etməli deyilmiə Yoxsa hər şeyi qrant hesabına etmək lazımdırə Hər halda hər kəs öz vərdiş və adətindən danışdığından, görünür, Kərimlini də, Qəniməti də dövlətin vətəndaşa qayğısı əndişələndirib və çamur atmağındadır.

Bəs Kərimli və onun mirzəsinin ASAN Xidmətə qəfildən böhtan atmasına, onu guya ifşa etməsinə səbəb nədirə

Ən maraqlı məqam budur. Hamı bilir ki, ASAN Xidmət Azərbaycan brendi kimi ölkəni dünyada tanıdan, vətəndaş-məmur münasibətlərində illərlə müşayət olunan narazılığı aradan qaldıran, korrupsiya və rüşvətə qarşı mübarizə layihəsi kimi özünü doğruldub və Kərimlinin, onun mirzələrinin nə deməsindən, nə deditdirməsindən asılı olmayaraq bu həqiqət dəyişmir. Elə onları narahat edən də məhz bu məqamdır. İsterik siyasi düşüncəli bu şəxslər ən müsbət cəhətləri belə ləkələməyə, yaxşıları da gözdən salmağa çalışırlar. Təbii ki, ağlı üstündə olanlar üçün bu, sabun köpüyü əhəmiyyətindədir. Hər kəs onların isterik halını qəbul etdiyindən çox da dərinə varmır, əksinə onları ictimai təhlükəli subyektlər kimi qəbul edir.

ASAN Xidmət isə öz səlahiyyətləri çərçivəsində vətəndaşlara xidmət etməkdədir. Onu xüsusi qeyd etmək lazımdır ki, 2012-ci il 13 iyul və 5 sentyabr tarixli prezident fərmanları ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN Xidmət" mərkəzləri yaradılanda əslində onun nə olacağı təsəvvürü müəyyən qədər vardı, ancaq bu qurumun üzərinə qoyulan vəzifənin icrasından ölkənin dünyadakı üzünə çevriləcəyini çox az adam təxmin edirdi. Vətəndaşa xidmətin ASANlaşdırılması bir fərmanla yaradılan dövlət qurumundan daha çox siyasi iradənin göstəricisi idi. Qısa müddətdə şəffaflığın, operativliyin, çevikliyin təmini, xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsi korrupsiya və rüşvətxorluğun qarşısının alınmasına yönəlik addım kimi yüksək qəbul olundu.

Notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatlar, gömrük xidmətləri, hərbi səfərbərlik xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ümumvətəndaş pasportlarının verilməsi (o sistemdə olan problemlər, gecə növbələri və s. kimi çatışmazlıqları unutmamışıq-müəll), miqrasiya xidmətləri, AQTA tərəfindən göstərilən xidmətlər, lisenziyalar və məhkumluq barədə arayışın, arxiv arayışlarının surətinin, yaşayış yeri üzrə arayışların, sürücülük vəsiqəsinin verilməsi, vergi ödəyicilərinin qeydiyyatı, XİN tərəfindən göstərilən xidmətlər, əmək pensiyalarının təyini, funksional yardımçı xidmətlər bir qurum üçün həddən artıq böyük əhatə dairəsidir və birbaşa vətəndaşa xidmətə hesablanıb.

Üstəlik ASAN Xidmət dünyada hətta ən inkişaf etmiş ölkələr üçün nümunə model olduğunu ortaya qoyub. ASAN Xidmət yarandıqdan qısa müddət sonra inkişaf etmiş iqtisadiyyatı, korrupsiyaya qarşı mübarizədə keçdiyi uzun və uğurlu yolu, idarəetmədəki modelilə öyünən Fransanın Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumət üzvü olmuş Jean-Vincent Plase “Azərbaycanda ASAN Xidmət modeli uğurla fəaliyyət göstərir. Biz də Fransada belə bir elektron hökumət xidməti yaratmağa çalışırıq. ASAN Xidmətin səyyar avtobus modelini Fransanın üç regionunda tətbiq etmək istəyirik”,-demişdi. Bu fikirləri Qənimət Zahidin hazırda məskunlaşdığı Fransada deyirlər. Eşitmirmiə Eşitmirsə, demək problem onun eşitməməsindədir. Buna diqqət ayırsa, daha səmərəli iş görmüş olardı.

Ancaq təkcə Fransa yox, Avropanın əksər ölkələri korrupsiya və rüşvətxorluqla mübarizədə, məmur-vətəndaş münasibətlərindəki çevik və mobil fəaliyyətdə bu Azərbaycan modelindən istifadədə gecikmək istəmir. Zaman həm də puldur və bunu hər şeydən yaxşı Qənimətin öydüyü Avropada bilirlər.

Asan Xidməti BMT-nin dövlət xidmətlərinin göstərilməsi sahəsində “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görənlər də, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən və müxtəlif dövlətlərdən olan 700-dən çox müəssisənin iştirakçısı olduğu “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalib seçənlər də, mərkəzlərə müraciət edən vətəndaşların hüquq və maraqlarını nəzərə almaqla səmərəliliyə və vətəndaş məmnunluğuna daim nail olunması və mütəmadi olaraq artırılması istiqamətində İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq bilənlər də məhz bunu qiymətləndirib.

Qiymətləndirməyən bircə Əli Kərimli və mirzələridir ki, bunun üçün də əvvəlcə göz, ardınca görmək lazımdır. Göz olmayandan sonra görməmək təbiidir. Təbii, korlar görməz, hiss edərlər. Şəxsi maraqlar ucbatından kor olanların isə hissi də, düşüncəsi də, amalı da həmin düşüncənin əsiridir. Ona görə də şəxsi maraqlarına əsir, qazanclarına müntəzir olan Kərimlinin istəkləri heç zaman dövlətin, xalqın, vətəndaşın istəyi ilə üst-üstə düşməyib. Onun komandasının fəaliyyət prinsipi “ləkələ”, “böhtan at”, “şantaj elə” kimi jarqonlarla formalaşıb. Bu dəfə ASAN-ın onların hədəfinə tuş gəlməsi də məhz jarqonik yaşam tərzinin təzahürüdür.

Elnarə Kərimova
Cebhe.info


Oxunma sayı: 4566