t Dənizdə işlər dayandırıldı - SOCAR-dan AÇIQLAMA
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Dənizdə işlər dayandırıldı - SOCAR-dan AÇIQLAMA

Dənizdə işlər dayandırıldı - SOCAR-dan AÇIQLAMA

“Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini gücləndirib”.

Bunu Cebhe.info-ya SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Qurum rəsmisi bildirib ki, küləyin sürətinin saniyədə 25-30 metrə qədər olacağı gözlənilir:

“Əvvəllər küləyin gözlənilən sürəti saniyədə 35, 40, 45 metrə qədər olanda neftçiləri təxliyə edirdik. Xüsusən də açıq xətlərdə çalışan işçilərin platformalarda qalmasına zərurət olmayanda onları sahilə çıxarırdıq. İndi demək olar ki, bir çox qəza vəziyyətində olan meydançalar təmir olunub, orada ciddi təhlükə yoxdur. Bundan əlavə, fasiləsiz işləyən işçilərin sayı kifayət qədər azdır. Küləyin sürəti aşağı olduğuna görə bu dəfə işçilərin təxliyə olunmasına zərurət yoxdur. Küləyin sürəti yüksək olarsa, yəqin ki, bəzi işçilərin çıxarılmasına zərurət yaranardı. Biz bütün işləri dayandırmışıq, təhlükəsizlik tədbirlərini gücləndirmişik və növbətçilik təşkil olunub”.

Qeyd edək ki, yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb. Havanın minimal temperaturu dağlıq rayonlarda 2-6 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta olub.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 8438