hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Deputat: "Bu qədər xəyanət ola bilməz"

Deputat: "Bu qədər xəyanət ola bilməz"

“Ordumuz Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi. Bu gün bütün sahələrdə Ermənistanda hökm sürən xaos onu göstərir ki, onların dağıdılmış ordu qalıqları ayrı-ayrı şəxslərin əlində alətə çevrilib. Dünən Kəlbəcər istiqamətində Ermənistan tərəfindən törədilən təxribat Ermənistanda baş tutacaq seçki ərəfəsində edilən hərəkətdir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat xatırladıb ki, iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində iki jurnalist olmaqla, 3 mülki şəxs minaya düşərək həlak olub:

"Dünən baş verən təxribata görə də Azərbaycanı günahlandıracaqlar?! Bu qədər xəyanət ola bilməz. 1993-cü ilin iyun ayının hadisələrini bir daha onların yadına salmaq istəyirəm. Azərbaycan xalqını bir daha belə mənfur xəyanətkarlara inanmamağa çağırıram”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 661