hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Deputat:"Bütün ölkədə peyvəndləməni TƏBİB həyata keçirəcək”

Deputat:"Bütün ölkədə peyvəndləməni TƏBİB həyata keçirəcək”

Azərbaycanda bir neçə qanun layihəsində "İcbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə dəyişikliklər edilməsiylə bağlı təkliflər hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, həm fərmanın 4-cü hissəsini (TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması) rəhbər tutaraq, həm də fərmanın 2-ci hissəsinə uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən TƏBİB-in tabeliyinə verilməsini və TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və nəzarəti həyata keçirməyi təmin etmək üçün müvafiq layihələrin qəbul edilməsi təklif olunur.

Dəyişiklik təklif edilən qanun layihələrindən biri də "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanundur. Yəni fərmana uyğunlaşdırma məqsədilə qanun layihəsinə təklif edilir ki, bundan sonra immunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təmin edəcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə isə söhbət TƏBİB-dən gedir.

Bu arada bildirək ki, immunoprofilaktika yoluxucu xəstəliklərə qarşı müdafiə metodudur, əhalinin sağlamlığı və sanitariya-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir. Azərbaycanda Hepatit B, vərəm,difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. O cümlədən koronavirus pandemiyasi ilə əlaqədar yanvardan etibarən ölkədə peyvəndlənmə həyata keçirilir.

Hazırda sözügedən qanuna təklif edilən dəyişiklikdə sual yaradan məqam isə ölkə üzrə peyvəndlənmə TƏBİB- in tabeliyinə keçdiyi halda Bakıda COVİD-19-la bağlı peyvəndləmənin Səhiyyə Nazirliyi tərəfindən həyata keçirməsidir.

“Qafqazinfo” bu məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli ilə əlaqə saxlayıb.

Deputat xatırladıb ki, 2018-ci ildə Prezidentin fərmanıyla TƏBİB yaranıb və bir sıra tibb müəssisələrinin TƏBİB- in tabeliyinə verilməsi fərmanda öz əksini tapıb:

"Hazırda bir sıra qanunlara təklif edilən dəyişikliklər həmin fərmana uyğunlaşdırma xarakterli dəyişikliklərdir. Yəni tabeçilik artıq müvafiq quruma verilibsə funksiyaların icrası da həmin qurum tərəfindən həyata keçirilməlidir. Qanunvericilikdə də ziddiyyətlərin yaranmaması üçün dəyişikliklər burada öz əksini tapmalıdır. Strateji olaraq Səhiyyə Nazirliyindən TƏBİB- in tabeçiliyinə keçən qurumlar funksiyalarını icra etməlidir. O cümlədən "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" qanunun icrası da TƏBİB- in səlahiyyətinə keçir. İmmunoprofilaktikanın təşkilində bağlı ümumi siyasəti Səhiyyə Nazirliyi həyata keçirir. Funksiyaların icrası isə birbaşa TƏBİB tərəfindən həyata keçirilir.

Hazırda koronavirusla bağlı peyvəndləməni Bakı şəhərində Səhiyyə Nazirliyi, bölgələrdə isə TƏBİB həyata keçirir. Bu pandemiya ilə əlaqədar keçid xaraketerli müddəadır. Proseslərin sürətlə həyata keçirilməsi məqsədilə hazırkı durum belədir. Çünki pandemiya fövqəladə, fors major bir haldır. Ancaq zamanla immunoprofilaktika qanunvericilikdə də təsdiqini tapdıqdan sonra TƏBİB-in tabeliyində olan bütün müəssisələr tərəfindən bütün ölkə üzrə həyata keçiriləcək".

Cebhe.info


Oxunma sayı: 342