hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputat Ceyhun Məmmədov: “Cəbrayıllılarla dil tapmaq o qədər də çətin deyil” - MÜSAHİBƏ

Deputat Ceyhun Məmmədov: “Cəbrayıllılarla dil tapmaq o qədər də çətin deyil” - MÜSAHİBƏ

Cebhe.info-nun budəfəki müsahibi Milli Məclisin deputatı Ceyhun Məmmədovdur.

C.Məmmədovla problemlər, onların həlli yolları barəsində danışdıq.

- Ceyhun müəllim, bir az səmimi söhbət edək, həm seçiciləriniz, həm də ictimaiyyət sizi daha yaxından tanısın. Bəzən deputatlar öz açıqlamalarında eləcə də, sosial şəbəkədə rastlaşdıqları müəyyən çətinliklər barədə məlumatlar verirlər. Bəs sizdə necə, Cəbrayıl seçiciləri ilə işləmək asandır, yoxsa çətin?

-Bildiyiniz kimi, Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gün bizim əhalimiz respublikanın 54 rayonunda məskunlaşıblar. Yəni ki, ölkənin bir çox rayonlarında Cəbrayıl rayonundan olan məcburi köçkünlər yaşayırlar. Seçkilər vaxtı on min kilometrə yaxın məsafəni qət etdik. Ayrı-ayrı bölgələrdə olduq. Bu baxımından həm torpaqların işğalda olması, əhalinin ayrı-ayrı yerlərə səpələnməsi baxımından seçicilərlə ünsiyyət, əlaqədə olmaq zaman-zaman müəyyən çətinliklər olur. Bizim elə deputatlarımız var ki, onların konkret rayonları məlumdur və onlar rayonun mərkəzinə eləcə də kənd-kənd gedib baş çəkib qayıdırlar. Bizdə isə bir az fərqli mənzərə var. Bu baxımdan müəyyən çətinliklər yaranır. Ümumi problemlər var ki, hansı ki, bu bölgələrin bir çoxunda da var. Ümumiyyətlə dünyada da bir çox proseslər gedir. Bilirsiniz ki, Cəbrayıl rayonu ölkəmizə bir çox ziyalı şəxslər təqdim edib. Onlar Azərbaycan ictimaiyyətində kifayət qədər tanınıblar, fəal olublar. Cəbrayıl ziyalılar rayonudur. Yəni ki, ölkənin ayrı-arı qurumlarının rəhbərləri olan çoxlu sayda cəbrayıllılar var. O baxımdan da bir sıra məsələrlədə onlarla dil tapmaq, əməkdaşlıq etmək o qədər də çətin deyil.

“Müraciətlər daha çox işlə bağlı olur”

-İnsanlar sosial şəbəkələrdə ərazi üzrə deputatlarından iş, sosial qayğı, pul istəyirlər. Bəs seçiciləriniz sizdən ən çox nə istəyirlər?

Ümumiyyətlə, bütün deputatlarda eyni vəziyyətdir. Biz bunu bir neçə kateqoriyaya bölə bilərik. Ölkə rəhbərliyi tərəfindən rayon əhalisinə çox böyük diqqət və qayğı var. Qəsəbələr tikilir və bizim rayonun da əhalisinin hardasa 22 minə yaxını məcburi köçkünlər üçün salınan şəhərciklərdə məskunlaşıb. Zaman-zaman müxtəlif sosial problemlər, çətinliklər olur. Ən çox müraciətlərdən biri işlə bağlıdır. Ümumiyyətlə bu müraciətlər tez-tez olur. Maddi yardımlarla bağlı müraciətlər isə həddindən artıq çoxdur. Ümumiləşdirsək, əsasən işlə təmin olunma, maddi yardım məsələsi və bir də zaman-zaman hansısa bölgədə qaz, işıq, su ilə bağlı müraciətlər olur. Biz də bütün bu müraciətlətin həlli istiqamətində çalışırıq.

“Əsas odur etimadı doğruldaq”

-Siz, Azərbaycan İlahiyyat İnstitutunun rektoru idiniz. Rektor olmaq yaxşıdır, yoxsa, deputat?

-Rektor olmaq bilavasitə təhsillə bağlı sahədir. Biz konkret olaraq kontingentlə yəni, tələbələrlə, müəllimlərlə işləyirdik. Təhsilin öz spesifik cəhətləri və spesifik xüsusiyyətləri var. Bu gün ölkəmizdə təhsil sahəsində çox böyük islahatlar həyata keçirilir və o baxımından təhsilə xas müəyyən spesifik cəhətlər var. Xüsusən də, təlim-tərbiyə işlərinin qurulması sahəsində işin asan və çətin tərəfləri var. Deputat isə müxtəlif təbəqələrdən olan əhali kütləsi ilə işləyir. Hesab edirəm ki, burada məsələylə hansı formada yanaşmaqdan çox şey asılıdır. Mən hər zaman vəzifəyə, ehtimad göstərilən sahəyə bir xidmət kimi baxmışam. O baxımından da həm İlahiyyat İnstitutunun rektoru olarkən, indiki dövrdə də əhali ilə daha yaxın olmağa çalışmışam. İndiki vəziyyətdə kontingent və əhalinin istəkləri daha böyükdür. Hər birinin həm çətin, həm də asan tərəfləri var. Amma ümumən əsas odur ki, çalışırıq ki, göstərilən etimadları doğruldaq. İnsanlarla sıx təmasda olar və müəyyən çətinlikləri aradan qaldıraq.

-Məmurlarla da çox təmasda olursunuz. Bəs, seçicilərin şikayətlərinə laqeyd yanaşan məmurlara da rast gəlirsinizmi?

-Məmurların işə münasibəti, onların vətəndaşların xidmətində durmaları ilə bağlı Cənab prezidentin tövsiyələri, göstərişləri olub. Elə strukturlar var ki, biz onlara zəng edirik, qaldırılan məsələ dərhal həll edilir. Amma az da olsa, məsələlərdə var ki, onların həll olunmasında müəyyən ləngimələrin də şahidi oluruq. Yəni burada operativ şəkildə məsələlərə müraciət daxil olur, zəng edirik, məsələni qaldırırıq və ya rəsmi şəkildə müraciət edirik. Məsələnin operativ həllini müşahidə edirik. Bəzən isə təəssüf ki, bir sıra məsələlərin obyektiv və subyektiv səbəblərdən məsələlərin həlinin gecikdiyinin şahidi oluruq. Təbii ki, bu da istər-istəməz əhalidə müəyyən narazılıqlar yaradır. Ümumilikdə onu deyə bilərəm ki, müraciət etdiyimiz dövlət qrumlarının böyük əksəriyyəti qaldırılan məsələlərə çox həssaslıqla və diqqətlə yanaşırlar və çalışırlar ki, həmin problemləri həll etsinlər.

Fuad Sadıqov
Cebhe.info


Oxunma sayı: 46443