hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputat: "Ermənistana dəstək verənlər Ermənistanla bərabər məsuliyyət daşıyır"

Deputat: "Ermənistana dəstək verənlər Ermənistanla bərabər məsuliyyət daşıyır"

Millət vəkili Bəhruz Məhərrəmov Gəncədəki erməni terroruna qərəzli yanaşan Rusiya mediasını qınayıb.

Cebhe.info xəbər verir ki, bu haqda deputat özünüm "Facebook" səhifəsində yazıb.

"Gəncəyə ballistik raketlərlə hücuma, aralarında 2 körpə də olmaqla çoxsaylı vətəndaşlarımızın həlak olması və yaralanmasına görə erməni terrorçulara mülki və diplomatik təyyarələrdə silah daşıyanlar, diplomatik yollarla Ermənistana dəstək verənlər Ermənistanla bərabər məsuliyyət daşıyır.

Həmçinin, Gəncədəki hadisələrlə bağlı tutduğu ləyaqətsiz mövqeyə görə Rusiya mediasını şiddətlə qınayırıq.

Allahdan həyatını itirmiş soydaşlarımıza rəhmət, yaralılarımıza şəfa diləyirik".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 804

Bizim Telegram səhifəmizi izləyin