hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Deputat icra hakimiyyətinin yetkilisi ilə seçiciləri qəbul edib

Deputat icra hakimiyyətinin yetkilisi ilə seçiciləri qəbul edib

Bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində deputat Tahir Mirkişili 42 saylı dairənin seçiciləri ilə qəbul keçirib.

Görüşdə Sumqayıt şəhər icra hakimiyyətinin 1-ci müavini Teymur Səmədov da iştirak edib.

Cebhe.info xəbər verir ki, bu haqda məlumatı deputat Tahir Mirkişili yayıb.

O bildirib ki, qəbul zamanı seçicilərin müraciət və təkliflərini dinlənilib, onların problemləri ilə maraqlanılıb.

Müraciətlər əsasən məşğulluq, hüquqi yardım, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Müraciətlərin bir hissəsi yerində həll edilib, digərləri isə araşdırma aparılmaq üçün nəzarətə götürülüb.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 859