t Deputat illər əvvəl soyuğa tərk edilmiş qızı övladlığa götürüb - VİDEO
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Deputat illər əvvəl soyuğa tərk edilmiş qızı övladlığa götürüb - VİDEO

Deputat illər əvvəl soyuğa tərk edilmiş qızı övladlığa götürüb - VİDEO

NTV kanalında qonaq olan Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov maraqlı etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Özbəkistandan olan qadının 5 il əvvəl dünyaya gətirərək çölə atdığı qızı övladlığa götürdüyünü deyib. 6 uşağı olan Milonov bildirib ki, onlardan 3-nü övladlığa götürüb. Himayəsinə aldığı sonuncu uşaq isə Yevdokiya olub. 2014-cü ildə Peterburqda işlədiyi restoranların birinin tualetində qız uşağı dünyaya gətirən ana onu şaxtalı havada skamyalardan birinin üstünə qoyaraq tərk edib.

Xoşbəxtlikdən uşaq donmadan tapılıb. Hazırda 5 yaşı olan Yevdokiya gimnastika ilə məşğul olur. Milonov övladlarının heç biri arasında fərq qoymadığını deyib.

Cebhe.info


Oxunma sayı: 1387