hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

DEPUTAT: "İş adamları qeyri-rəsmi və "bəxşiş" ödənişlərini yazıq fəhlələrin canından çıxarır"

DEPUTAT: "İş adamları qeyri-rəsmi və "bəxşiş" ödənişlərini yazıq fəhlələrin canından çıxarır"

“Qeyri-formal məşğulluğun aradan qaldırılması, vergi və məcburi dövlət sosial sığorta haqqı ödənişlərini təmin etmək üçün Əmək Məcəlləsində, Mülki və Vergi məcəllələrə dəyişiklikləri vacib sayıram və səs verəcəyəm”.

Cebhe.info xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu problem məcburi tibbi sığorta haqlarının ödənilməsində, iş stajının və nəticədə pensiyaların hesablanmasında çətinlik yaradır:

“Mənə belə gəlir ki, iş adamlarının qeyri-rəsmi və "bəxşiş" ödənişləri çox olur deyə onlar da xərclərini yazıq fəhlələrin canından çıxarır. Bəzən o yazıqlar 8 saat əvəzinə 10-12, bəzən isə 13-14 saat işləmək məcburiyyətində qalırlar. Onlara nə yemək, nə çay, nə də istirahət verilir, soyuqdan qorunma və ya istidən sərinləmək imkanları da yoxdur. Vacib olan insana verilən dəyərdir və ümid edirəm ki, biz qanunları həm qəbul edəcək, həm də icrası məsələsini daima gündəmdə saxlayacağıq. İş adamlarının qeyri-rəsmi ödənişlərini dayandırmaq və əli qabarlı təbəqənin hüquqlarını bərpa etmək, onlara daha normal, adekvat iş şəraiti qurmaq lazımdır. İnsan ləyaqətlə yaşamalıdır və bu münasibətləri qurmaq və qorumaq birmənalı olaraq hökumətin məsuliyyətidir”.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 980