hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Deputat: “Dərslərin sentyabrın 1-dən başlaması zəruridir”

Deputat: “Dərslərin sentyabrın 1-dən başlaması zəruridir”

“Bu gün bir daha əmin oldum ki, biz azərbaycanlılar zamanın tələb etdiyi ağıllı qərarları bir neçə il gecikməklə aldığımıza görə uduzmuşuq”. 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa yeni dərs ili ilə bağlı danışarkən deyib.

F.Mustafa bildirib ki, dərslərin sentyabrın 1-dən başlaması sadəcə zərurətdir:

“Qoy iyunun 15-dək davam etsin, ancaq buradan da əlavə 15 gün qazanmış olarıq. Onsuz da müəllimlərin hamısı avqustun sonlarından məktəbdə işə cəlb olunurlar. Burada arqument axtarmağa da gərək yoxdur. 

Qarabağ savaşında məğlub olmuş, milyona yaxın qaçqını olan bir xalqın övladlarının fasiləsiz təhsildən başqa nicatı yoxdur. Hər il itirdiyimiz bu 15-16 gün üst-üstə yığılanda az vaxt etmir. İllərdir xəbərdarlıq etdiyim cəhalət, xurafat dalğası bu ilin mənzərəsini seyr edən çoxlarını artıq rahatsız etməyə başlayıb. 

Cəhalətin də yeganə alternativi mümkün qədər çox vaxtın təhsilə sərf olunmasıdır. "Bilik günü" ifadəsi də bu vaxt dəyişiminə görə saxta görünür. Azərbaycan insanı üçün hər gün bilik günü olmalıdır, biz bu cür vaxt itikiləri ilə dünya ilə ayaqlaşmada çətinlik çəkəcəyik. Məktəblərdə Novruz bayramı tətilini də 3 gündən artıq etmək vaxt itkisidir. Bu eyni zamanda ali təhsil müəssisələrinə, kolleclərə də aiddir. Tam məsuliyyətimlə deyirəm, bu 15 gün gecikmə, ardınca da bir həftə adaptasiya ilə bağlı boşuna keçirilən vaxt təhsilin keyfiyyətinə də pis təsir göstərir”.

Vilayət Muxtar    
Cebhe.info


Oxunma sayı: 1189