hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Deputat: “Əngəlli şəxslərə münasibət çox yaxşı olmalı və birinci növbədə onlar işlə təmin edilməlidirlər”

Deputat: “Əngəlli şəxslərə münasibət çox yaxşı olmalı və birinci növbədə onlar işlə təmin edilməlidirlər”

"Bu gün Şirvan şəhərində xarici neft şirkətində işləyən və şirkətin bağlanması üzündən işini itirən Mirzəhməd Mirzəhmədovu qohumu Elnur Xankişiyev ilə birlikdə qəbul etdim. Mirzəhməd kişi anadangəlmə nitq əngəllidir. Bu problemlərlə bağlı çox məktublar alıram və çox müəssisələr ilə də söhbətlər aparmışam, müvafiq yerlərlə əlaqə saxlamışam. Hörmətli deputat həmkarım, dostum İltizam Yusifov ilə də elə onların yanında danışdım. İltizam müəllimə bu işlə yaxından maraqlandığı üçün təşəkkür edirəm".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, İltizam Yusifov da onu qəbul edib:

"Mirzəhməd kişini yaxşı tanıyır, problemlə birbaşa tanışdır və kömək etməyə çalışır. Tövsiyə etdik ki, "İşsizlikdən sığorta haqqında" Qanuna əsasən müavinət üçün müraciət etsin, problem olarsa, bizə bildirsin. Ümid edirəm ki, neftin bahalaşması fonunda şirkət işini bərpa edəcək, Mirzəhməd kişini işinə qaytaracaq, ya da başqa yerdə işlə təmin olunacaq. Düşüncəm budur ki, əngəlli şəxslərə münasibət çox yaxşı olmalı və birinci növbədə onlar müvafiq işlə təmin edilməlidirlər. Müvafiq vakansiya varsa, əngəlli şəxslərə təklif edilməlidir. Biz də əngəlli insanları təcrid yox, əksinə, hər vasitə ilə inteqrasiya edib onlara əngəlli olduqlarını unutdurmalıyıq. İnsanlıq, humanizm və Allaha yaxın olmaq istəyi bunu tələb edir".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 441